Constantin Virgil Gheorghiu
Türkcəyə çevirən: Güntay Gəncalp
Me´racın elmi izahı nədir?
Me´rac haqqında öz nəzəriyyəmi anlatmadan öncə müsəlmanların
bu haqdakı görüşlərimi özət olaraq açıqlamalıyam: Müsəlman təzkirə yazarlarının
rəvayətinə görə, Me´rac haqqındakı əsas fikir bildirən tarixçilər bunlardır: İbni-Hişam,
Buxarı, Həmidullah, Suheyli, Təbəri, Kətani və Əsəd Beg. Bu tarixçilər yazırlar
ki, Me´rac ərəb qəməri ilinin yeddinci ayında, yəni rəcəb ayında gerçəkləşmişdir.
Bu ayın 27-də Muhəmməd göyə getmişdir. Bu rəvayətə görə, Me´rac səfərinin iki mərhələsi
olmuşdur: Me´racın birinci mərhələsində Muhəmməd Məkkədən Beytülmüqəddəsə səfər
etmişdir. İkinci mərhələdə Beytülmüqəddəsdən göyə yüksəlmişdir. Muhəmməd söyləmiş
ki, o gecə yatmışdım və mənim qəbilədən dışlanmamla ilgili hələ qərar
çıxarmamışdılar. Birdən evin tavanı dəlindi və oradan Cəbrail içəri girdi. Cəbrail
köksümü dələrək içimi zəmzəm suyu ilə yudu. Sonra hikmətlə dolu olan böyük bir bardaq
gətirdi. Bardağın içində olanı köksümə yerləşdirərək köksümün dəliyini qapadı. Sonra
əlimdən tutaraq məni bürraqa (qanadlı ata) mindirdi.
Muhəmmədin o gecə mindiyi mərkəb atla qatır arasında
bir şey imiş. Bürraq adlanan bu canlı heyvan qadın görünümündə imiş. İldırım
sürəti ilə hərəkət edirmiş. Muhəmməd bürraqa mindiyində uyqu ilə oyanıqlıq
arasında bir halda imiş. Muhəmməd yolçuluğa başladıqdan sonra ilk olaraq Həbron
şəhərində duraxsamış. Çünkü Hz. İbrahimin məzarı bu şəhərdədir. İbrahimin qəbri
üzərində dua etdikdən sonra yolçuluğa davam etmiş. Sonra Hz. İsanın doğduğu Beytülləhm
şəhrində duraxsayaraq orada da dua oxumuşdur. Daha sonra Beytülmüqəddəsə yola
düşərək Ələqsa məscidinə daxil olmuş. Burada Me´rac səfərinin birinci hissəsi
sayılan torpaqdaki bölümü sona ərmişdir. Me´rac səfərinin ikinci göyə yüksəlmə
olan bölümü Beytülmüqəddəsdəki Ələqsadan başlamışdır. Beytülmüqəddəsdən göyə doğru
səfərə başlamadan öncə “qübbətülsəxrə”də, yəni günbəd şəklində olan qayada ayaq
izini buraxmışdır.* Muhəmməd bürraqa minərək
göyə doğru hərəkət etməyə başladı. Yer kürəsinə ən yaxın göy olan ay göyünə
daxil oldu. Birinci göydə mələkləri gördü. Bu mələklər göyə kimin getdiyini
bilmələri üçün yoxlama aparırdılar. Burada Hz. Adəmlə buluşdu. Adəmin yer kürəsindən
yenicə gəlmiş iki dəstə adamlar arasında bulunduğunu gözləmlədi. Bir qisim
sağda, digər qisim solda idi. Adəmin sağında olanlar cənnətə, solunda duranlar
cəhənnəmə getməli idilər. Adəm sağdakılara baxdığında gülür, soldakılara
baxdığında ağlayırdı. Çünkü Adəm bütün bəşərin atası olduğundan sağdakı
evladlarının sevincinə gülür, soldakı evladlarının dərdinə ağlayırdı. Muhəmməd
birinci göydən ikinci göyə girdi və orada İsa ilə Yuhənnanı gördü. Üçüncü göyə
yüksəlişində Hz. Yusiflə qarşılaşdı. Dördüncü göydə Hz. İdrisi, beşinci göydə
Hz. Harunu, altıncı göydə Hz. Musanı və ən yüksək göy olan yeddinci göydə Hz.
İbrahimi gördü. İbrahim yeddinci göydə mələklərin evi olduğunu bilinən bir evin
divarına yaslanmışdı. İbrahimin yaslandığı evin planı ilə Kəbənin yapım
planının bənzər olduğu bəlli oldu. Yeddinci göydən sonra Kəbənin ətrafına bənzəyən
bölgə başladı. Burada sidrətülmüntəha var idi. Südrətülmüntəha bir ağcdır və bu
ağacdan o yana məchulatdan ibarətdir. Bu ağacdan o yananın necə olduğu haqda
bilgi yoxdur. Burada Peyğəmbər tanrıya o qədər yaxınlaşdı ki, Tanrının qələminin
səsini duymaqda idi. Tanrının insanların haqq-hesabı ilə məşğul olduğunu hiss
edirdi. Tanrının qələminin səsini duysa da, Onu görmürdü, çünkü kimsə peyğəmbər
olsa belə, Tanrını görə bilməz. Tanrının səsini Cəbrail dolayısıyla eşidirdi.
Çünkü heç bir qulaq, peyğəmbər qulağı olsa da,
Tanrının səsini dirək eşidə bilməz. Orada Tanrı Muhəmmədlə Cəbrail vasitəsiylə
qonuşaraq dedi ki, qəbilən tərəfindən dışlandığını bilirəm. Lakin səbirli olman
gərəkir. Səndən öncəki peyğəmbərlərindən çox acı çəkdiklərini bilmən lazımdır. Onlardan
bəziləri işkəncə altında öldülər. Daha sonra Tanrı Muhəmmədin gələcək planları
haqda danışdı. Ona söylədi ki, Musa öz tərəfdarlarını toplayıb Misirdən mühacirət
etdiyi kimi, sən də yandaşlarını, sənə inananları toplayaraq Məkkədən Mədinəyə
hicrət et! Şübhəsiz ki, bu işin iradə və istiqamətə ehtiyacı vardır. İradə və
istiqamətini gücləndirmək üçün səni öz yanımıza, göyə gətirdik.
Muhəmməd göydən, Tanrı qatından yerə döndüyündə özü ilə
on iki Tanrı fərmanı gətirdi. Bundan öncə Musa peyğəmbər Tanrı qatından on fərman
gətirmişdi. Muhəmməd bu on iki əmri müsəlmanlara duyurmaqla görəvli idi. Muhəmmədin
gətirdiyi on iki əmr bunlar idi:
1- Müsəlmanlar bir olan Tanrı
dışında kimsəyə tapınmamalıdırlar.
2- Müsəlmanlar ata-analarını sevməlidirlər.
3- Müsəlmanlar əqrəbalarına sayqı ilə
davranmalıdırlar.
4- Yolda qalan çarəsiz yolçulara
yardım etməlidirlər.
5- İsraf etməməlidirlər.
6- Kəramətsiz olmamalı, mərhəmətli
olmalıdırlar.
7- Zina etməməlidirlər.
8- Kimsəni öldürməməlidirlər.
9- Başqalarının, özəlliklə yetimlərin
malına göz dikməməlidirlər.
10-Əhdə sadiq olmalı və hiylə etməməlidirlər.
11-Ağıl dışı işlərlə
uğraşmamalıdırlar.
12-Kibirli olmamalıdırlar.
Muhəmməd Me´rac olayından sonra göydə gördüyü adamları
da müsəlmanlara anlatdı. Bu arada bir hadisəni burada söyləmək yerində olar. “İlahi
komediya” kitabının yazarı Dantə də öz əsərində şəxslərin başına gələnləri
anladarkən Muhəmmədin Me´rac səfəri metodundan yararlanmışdır. Me´rac səfəri
sırasında Muhəmməd bəşər tarixindəki seçkin insanları göydə görərkən onları
tanıya bildi. O, göydə qələm və qılıc sahibi olanları gördü. Muhəmməd özündən
öncə dünyaya gəlib getmiş bütün peyğəmbərləri və elm sahiblərini bu səfərdə
gördü. Bəzi təzkirə yazarları yazırlar ki, Muhəmməd göyün yeddinci qatına yüksəlib
sidrətilmüntəhaya ulaşaraq orada Tanrı ilə danışıb geri döndükdən sonra evinə
döndü. Evinə geri dönərkən evdən çıxdığı zaman açdığı qapı cəftəsi və ya zənciri
hələ hərəkət edirdi.
Bu mövzunun günümüzdə yayqın olan Einstein´in nisbiyyət
nəzəriyyəsi ilə açıqlananması mümkündür. Bu nəzəriyyədə zikr edilir ki, Bir
kişi hərəkətsiz və digəri hərəkətdə isə, onlar üçün zaman eyni ölçüdə görünməz.
Muhəmmədin Me´rac məsələsində şaşırdıcı görünən zaman qonusu deyildir.
Şaşırdıcı olan budur ki, Muhəmməd ətdən və sümükdən olan cismi varlığıylamı göyə
getdi? İslam alimləri Me´rac məsələsində iki nəzəriyyə ortaya qoymuşlar. Bəzilərinə
görə, Peyğmbər maddi cismi ilə Me´raca getmişdir. İkinci qrupa görə, Muhəmməd
cismən deyil, ruhən Me´raca getmişdir. Lakin heç bir müsəlman alim Muhəmmədin
yuxuda ikən Me´raca yüksəlib, röyada sidrətilmüntəhaya vardığını yazmamışdır. Onun
cismi Me´racına inananlar iddia edirlər ki, O, peyğəmbər olduğu üçün buna qadir
olmuşdur. İkinci dəstə hesab edir ki, Muhəmməd cismən göyə getməmiş və cismən
göyə getməyə heç ehtiyac da yoxdur. Bunlara görə, Peyğəmbərin ruhu göylərə yüksəldilmişdir.
Bu dəstəyə görə, biz özümüz də peyğəmbər olmadan yuxuda bizdən minlərcə, on
minlərcə kilometr uzaqda olan yerlərə gedə bilirik. Ya da yuxuda bir çox
adamlarla buluşa bilirik. Biz sadəcə yaşantıda başımıza gələn olaylar üzərinə
röya görmürük. Bizdən yüz və ya min illər öncə ölmüş insanları da yuxularımızda
görə bilirik. Ayrıca, röya sürəsincə görüdüyümüz adamların öldüklərini də
bilirik. Yəni yuxu görə-görə yuxuda rastlandığımız adamların həyatda
olmadıqlarını, öldüklərini də bilirik. Röyada ölülərlə danışmağı hər kəs öz
yuxu həyatında təcrübə etmişdir. Hətta ölmüş adamları yuxuda incitməmək üçün
onlara “sən ölmüşsən” söyləmərik. Yuxu gördüyümüzdə cismimiz hərəkət etməz. Ancaq
bir çox yuxularda cismimiz yataqda ikən göylərdə uça da bilirik. Əski bilgələrə
görə, bu durumda ruh bədəndən ayrılaraq uzayda sərbəst hərəkət edir. Uzaq ölkələrin,
planetlərin seyrinə dalır və bizdən yüzillər öncə ölmüş insanlarla qarşılaşır. Röyalarda
qarşılaşdığımız adamların maraqlı özəllikləri olur və şaşırdıcı olan da budur.
Çünkü bəzən bizdən yüzillər öncə başqa ölkələrdə yaşamış, dillərini bilmədiyimiz,
onların da bizim dilimizi bilməyən adamlarla qarşılaşaraq qonuşa bilirik. İlginc
olan da budur ki, dil bilməmək röyada qonuşmaya mane olmur. Onlar bizim, biz də
onların dilini anlaya bilirik. Bu durumda ruh bədənimizdən ayrılmır. Yuxu
halında bədənimizdə və ya günümüzdəki modern ifadələrlə söylərsək, sinirlərimiz
və beyin hücrələrimizdə öylə bir keyfiyyət oluşur ki, gözlərimizin önündəki pərdələr
çəkilərək uzaq məsafələr yaxınlaşır. Bu durumda biz özümüzü hər kəsi tanıyan və
hər kəslə qonuşa bilən şəxs kimi görürük. Uyanıq halımızda kiçik bir arxın üzərindən
atıla bilməzkən, yuxuda yüksək dağların zirvəsində uçur, dərələrdən atlayırıq. Bütün
bu işlər, sanki uyaq halımızda yolun bir tərəfindən digər tərəfinə keçdiyimiz qədər
bizə təbii görünür. Yuxu boyunca cismimiz öz evimizdə uyumaqdaykən, ruhumuz
planetlər arası məsafələr qədər uzaqlarda ola bilir. Yuxuda yabancı dilləri də
anlayıb o dillərdə danışa bilirik. Yuxuda yabancı bir ölkəyə girdiyimizdə o ölkənin
yolları, küçələri sanki öz şəhrimizdəymişik kimi, bizə tanış gəlir. Röyada öylə
dostlarımız və düşmənlərimiz olur ki, gerçək həyatda onların heç birini
tanımırıq. Ancaq yatdığımızda sirli yuxu dünyasında onlar gözə görünməyə
başlayırlar. Bəziləri bizə dostca davranır, bəziləri də o qədər qorxuncdurlar
ki, onları gördüyümüzdə qorxudan bağıraraq yuxudan oyanırıq. Yuxu dünyasında
biz yanar dağların içinə də girib və yanmadan sağ-salam yanar dağın içindən
geri dönə bilirik. Röyada sıfırın altındakı hava soyuqluğunu da donmadan təcrübə
edə bilirik. Röyada zamanın başqa ölçüsü ortaya çıxar. Yuxudakı olayları biz həyatdakı
saat ölçüləri ilə ölçə bilmərik. Çoxları bəzən yuxuda özünü yabancı ölkədə görüb
o ölkədə illər, hətta on illər boyunca yaşayaraq bir sürü olaylarla qarşılaşa bilir.
Röyadakı bütün bu sürəc isə sadəcə bir dəqiqə içində gerçəkləşə bilir.
Bütün bunlar hər kəsin həyatında oluşmuş hadisələrdir
və bunu isbat etmək üçün çox da araşdırmaya gərək yoxdur. Hər kəs röya təcrübələrinə
dayanaraq yuxuda məsafələrin ortadan qaldırıldığını bilməkdədir. Rüyada insan
bir anın içində hər yerdə ola bilir. Hər şeyi görür, duyur və yabancı dilləri
anlayıb danışa da bilir. İnsan röyada öylə musiqi melodiləri duya bilər ki,
onun bənzərini gerçək həyatda duya bilməz. Bəzi bəstəkarlar bəstələrini yuxuda
görüb, oyandıqlarında onun notunu yazmışlar. Röya dünyasında keçmiş, gələcək və
indiki zaman birləşərək bir tək məna ifadə edir. Bəzən min və ya iki-üç min illər
öncəyə gedə bilirik. Bəzən də min, ya da iki-üç min illər sonrakı gələcəyə səfər
edə bilirik. Min illər öncə dünyada olmuş, ya da min illər sonra dünyaya gələcək
olan insanlarla ilişki qurub danışa bilirik. Bəzi bilim adamları uyanıq həyatda
çözə bilmədikləri sorunları yuxuda çözə bilmişlər. Sanki uyanıq durumumuzda
beynimizi sıxan və onurqamızın içindəki damarda saxlanan istedadların üzə
çıxmasını əngəlləyən sorunlar yuxuda ortadan qaldırılmış olur. Bütün bu verilərdən
yola çıxaraq böylə bir iddiada bulunmaq olmazmı ki, bizim röyada gördüyümüz
dünyaya Muhəmməd kimi bir peyğəmbər öz ruhunu oyanıq halında göndərə bilmişdir?
Yuxu halında bizim sinir və beyin sistemimizdə ortaya çıxan olqu Peyğəmbərin
sinir və beyin sistemində ortaya çıxmış ola bilməzmi? Böyləcə bizim yuxuda
seyirnə vardığımız o dünyaya Peyğəmbər cismən göyə yüksəlmədən oyanıq halında fikrən
və xəyalən getmiş ola bilmizmi? Çünkü yuxu halında ya ruh bədəndən ayrılaraq
başqa dünyaya gedir (əskilər bu şəkildə inanardılar), ya da beyin hücrələrində
və sinir sistemimizdə öylə durumlar ortaya çıxır ki, bizi zaman və məkan
darısqallığından azad edir. Böyləcə biz kəndimizi əzəli və əbədi olaraq
görürük. Varlığın* bütün var olanlarında
özümüzü ortaq görürük. Bəzən də cansızların və bitkilərin səsini duyub nə söylədiklərini
anlaya bilirik. Bu olqular Hz. Muhəmmədin hücrə və sinir sistemində oyanıq
halında ortaya çıxmışsa, Onun Me´racı ussal (rasional) açıdan məqbul görünər. Böyləcə
onun səfərinin çox hızlı olduğunu da qəbul etmək olar ki, geri döndüyündə hələ
də qapının cəftəsi və ya zənciri hərəkət halında imiş. Me´rac haqqında söylənənlərin
rəvayət deyil, masal (əfsanə) olduğunu da düşünmək mümkündür. Bu yolla Me´rac
zamanı Muhəmmədin səfərinin sürətini dinləyiciyə çatdırmaq istəmiş ola bilərlər.
Lakin bəzi müsəlman təzkirə yazarları Muhəmmədin ruhən deyil, cismən göyə gedib
döndüyünü yazmaqdadırlar. Bu təzkirəçilərin rəvayətləri incələnərsə, fiziki
olaraq iki mövzu ortaya çıxar. Birinci məsələ səfərin sürəti və ikinci məsələ də
böylə bir soru ki, cismin işıq sürəti ilə hərəkət etməsi necə mümkün ola bilər?
Rəvayətlərdən anlaşıldığı üzrə Muhəmmədin Me´rac zamanı səfərinin sürəti işıq
sürətindən də artıq imiş. Səfərin sürəti cazibə gücü dalğalarının təsiri sürətində
imiş. Çünkü Muhəmməd bir neçə anın içində sonsuz göylərin bir yerinə getmiş. Rəvayətdə
anladılana görə, Muhəmmədin getdiyi yerdə yerləşən ulduzların işığı milyon və
ya milyarlar ildən sonra yerə çatır. İşıq sürətindən artıq bir sürətlə hərəkət
etmək necə mümkün ola bilər? Maddə bu qədər sürətin qarşısında paramparça
olmazmı? Kainatın varlığının çox geniş olduğunu bilirik. Einstein´in varsayımına
(hipotezinə) hipotezinə görə, kainatın diaqonalı üç
milyar işıq ilidir. Yəni bir saniyədə üç yüz min kilometr məsafə yol gedə bilən
işıq parçası kainatın bir tərəfindən digər tərəfinə doğru hərəkət edərsə, üç
milyar ildən sonra digər tərəfə çatar. Ani olan, yalnız bir sürət var ki, bir ləhzənin
içində kainatın bir tərəfindən digər tərəfini etkiləyər. O da cazibə gücü
dalğalarının etkisidir. Bir saniyə içində on milyonlarca günəşi olan bir kəhkəşan
(qalaktika) dünyasının sonunda ayrışma ortaya çıxaraq dalğalara dönüşərsə,
dünyanın yerçəkimi o anın içində kainatın dəngəli olacağı biçimdə təpki göstərər.
Böylə olmasaydı, hansısa kəhkəşanda ortaya çıxan ayrışma və dəyişimin dalğaya
dönüşməsinə təpki o anın içində gerçəkləşməsydi, günəş kəhkəşanı yox olardı. Newtonun
Kopernikdən etkilənərək kəşf etdiyi cazibə qüvvəsinin etkisi bütün kainatda dərhaldır,
bir anın içindədir. Bu durum bütün kainatda eyni saniyənin içində gerçəkləşir. Cazibə
gücünə təpki də anidir, eşzamanldır.
İslamçı təzkirə yazarlarına görə,
Muhəmmədin kainatdakı səfərinin sürəti işıq sürətindən artıq olmuşdur. Muhəmmədin
oyanıq halında kainatda öz ruhu ilə gəzdiyini qəbul edərsək, fiziksəl dartışma
ortaya çıxmaz. Lakin cismi varlığı ilə göyə yüksəldiyini savunacaq olursaq,
böylə bir soru ortaya çıxacaq: Cism işığın bir saniyədə getdiyi üç yüz min
kilometr sürətə dözə bilər, bu qədər sürəti təhəmmül edə bilərmi? Fizik elmi
maddənin bir saniyədə bu qədər sürətlə hərəkət edə biləcəyini qəbul etməz. Maddə
özü işığa dönüşəcəyi durumda bu hızla hərəkət edə bilər. İşıq da bir saniyədə
üç yüz min kilomertdən artıq hərəkət edə bilməz. Bəzi müsəlman təzkirə
yazarları Hz. Muhəmmədin cismən göyə yüksələrək, işığın sürətindən daha artıq
bir sürətlə səfər etdiyini savunmaqdadırlar. Onlara görə, Muhəmməd səfər sürətini
kainatın cazibə gücü dalğalarının təpkisinə görə gerçəkləşdirmişdir, yəni
işıqdan da daha artıq bir sürətlə hərəkət etmişdir. Fizik elmi bu savı
(iddianı) qəbul etmir. Bu, sadəcə etiqadi bir məsələdir və elmi məqbuliyyəti
yoxdur. Mən də müsəlmanların inancına sayqı göstərərək elmi dayanağı olmasa da,
onların bu məzhəbi savlarını qəbul edirəm. Biz xristianların da məzhəbi
inancımızda fizik və biologiya elmi ilə uyğun olmayan savlarımız vardır. Ancaq
bu elmi hökm deyil, məzhəbi hökm olaraq qəbul edilməkdədir.
*
Daşın üzərində ayaq izi necə qala bilər? Hz. Muhəmməd həyatı boyunca bir çox
daşlara, qayalara ayaq basmışdı. O zaman oralarda da ayaq izi qalmalıydı.
İslamiyyətin bu kimi ağıl dışı əfsanələrə ehtiyacı yoxdur. Yazarın da ifadə
etdiyi kimi bunların hamısı rəvayət və əfsanədir. Çünkü Hz. Muhəmməd o qədər
yol gedir, ayağının izi yumşaq yerlərdə qalmır, ancaq sərt bir daşda qalır.
Bunlar ağıla, məntiqə tərs görünür, çünkü rəvayət və əfsanədir. Tarixi
doğrulara dayanmamaqdadır, etiqadi bir məslədir. İnanan üçün doğru, inanmayan
üçün əfsanədir. Hz. Muhəmmədin merac səfərini irfan əhli ruhi yüksəliş olaraq
görər. Çünkü “yer” və “göy” dilsəl bir mövzudur. Gerçəkdə böylə məkanlar
yoxdur. İnsan aya getdiyində bu kərə yer özü göydə görünür. Aydan yerə doğru hərəkət
edən göyə tərəf hərəkət etmiş olur. Gerçəkdə məkan yoxdur. Məkan dilsəl
mövzudur. Hər şey uzaydadır, göydədir. Allah da insana şah damarından daha
yaxındır. Bu üzdən də hansısa planetdən yer kürəsinə doğru hərəkəti düşünərsək,
o hərəkətin başlanqıc nöqtəsi yer və üzərində yaşadığımız yer isə göydə mövcud
olan bir planetdir. O zaman göy deyə bir şey yox və uzay var. Hər şey də uzay
boşluğundadır. Hüseyn Cabvid “Şeyx Sənan” əsərində mercac məsələsini bu şəkildə
yorumlar:
“Bir bəşərdir” diyordu peyğəmbər,
Heç görülmüşmü çıxsın ərşə
bəşər?”- G. G.
* Martin
Heidggerin fəlsəfəsində “Varlıq” qavramı ilə “var olanlar” fərqli anlamlardır.
Varlıq bütündür, əzəli və əbədidir. Var olanlar isə varlğın təzahürüdür. Var
olanlar “ontik”, varlıq “ontolojik” qavramlarla nitələnmişdir. Tərcümədə bu qavramların uyğun olduğunu
düşündüm- G.G.