22 Kasım 2013 Cuma

Me´racın elmi izahı nədir?


Constantin Virgil Gheorghiu

Türkcəyə çevirən: Güntay Gəncalp


Me´racın elmi izahı nədir?


Me´rac haqqında öz nəzəriyyəmi anlatmadan öncə müsəlmanların bu haqdakı görüşlərimi özət olaraq açıqlamalıyam: Müsəlman təzkirə yazarlarının rəvayətinə görə, Me´rac haqqındakı əsas fikir bildirən tarixçilər bunlardır: İbni-Hişam, Buxarı, Həmidullah, Suheyli, Təbəri, Kətani və Əsəd Beg. Bu tarixçilər yazırlar ki, Me´rac ərəb qəməri ilinin yeddinci ayında, yəni rəcəb ayında gerçəkləşmişdir. Bu ayın 27-də Muhəmməd göyə getmişdir. Bu rəvayətə görə, Me´rac səfərinin iki mərhələsi olmuşdur: Me´racın birinci mərhələsində Muhəmməd Məkkədən Beytülmüqəddəsə səfər etmişdir. İkinci mərhələdə Beytülmüqəddəsdən göyə yüksəlmişdir. Muhəmməd söyləmiş ki, o gecə yatmışdım və mənim qəbilədən dışlanmamla ilgili hələ qərar çıxarmamışdılar. Birdən evin tavanı dəlindi və oradan Cəbrail içəri girdi. Cəbrail köksümü dələrək içimi zəmzəm suyu ilə yudu. Sonra hikmətlə dolu olan böyük bir bardaq gətirdi. Bardağın içində olanı köksümə yerləşdirərək köksümün dəliyini qapadı. Sonra əlimdən tutaraq məni bürraqa (qanadlı ata) mindirdi.
Muhəmmədin o gecə mindiyi mərkəb atla qatır arasında bir şey imiş. Bürraq adlanan bu canlı heyvan qadın görünümündə imiş. İldırım sürəti ilə hərəkət edirmiş. Muhəmməd bürraqa mindiyində uyqu ilə oyanıqlıq arasında bir halda imiş. Muhəmməd yolçuluğa başladıqdan sonra ilk olaraq Həbron şəhərində duraxsamış. Çünkü Hz. İbrahimin məzarı bu şəhərdədir. İbrahimin qəbri üzərində dua etdikdən sonra yolçuluğa davam etmiş. Sonra Hz. İsanın doğduğu Beytülləhm şəhrində duraxsayaraq orada da dua oxumuşdur. Daha sonra Beytülmüqəddəsə yola düşərək Ələqsa məscidinə daxil olmuş. Burada Me´rac səfərinin birinci hissəsi sayılan torpaqdaki bölümü sona ərmişdir. Me´rac səfərinin ikinci göyə yüksəlmə olan bölümü Beytülmüqəddəsdəki Ələqsadan başlamışdır. Beytülmüqəddəsdən göyə doğru səfərə başlamadan öncə “qübbətülsəxrə”də, yəni günbəd şəklində olan qayada ayaq izini buraxmışdır.* Muhəmməd bürraqa minərək göyə doğru hərəkət etməyə başladı. Yer kürəsinə ən yaxın göy olan ay göyünə daxil oldu. Birinci göydə mələkləri gördü. Bu mələklər göyə kimin getdiyini bilmələri üçün yoxlama aparırdılar. Burada Hz. Adəmlə buluşdu. Adəmin yer kürəsindən yenicə gəlmiş iki dəstə adamlar arasında bulunduğunu gözləmlədi. Bir qisim sağda, digər qisim solda idi. Adəmin sağında olanlar cənnətə, solunda duranlar cəhənnəmə getməli idilər. Adəm sağdakılara baxdığında gülür, soldakılara baxdığında ağlayırdı. Çünkü Adəm bütün bəşərin atası olduğundan sağdakı evladlarının sevincinə gülür, soldakı evladlarının dərdinə ağlayırdı. Muhəmməd birinci göydən ikinci göyə girdi və orada İsa ilə Yuhənnanı gördü. Üçüncü göyə yüksəlişində Hz. Yusiflə qarşılaşdı. Dördüncü göydə Hz. İdrisi, beşinci göydə Hz. Harunu, altıncı göydə Hz. Musanı və ən yüksək göy olan yeddinci göydə Hz. İbrahimi gördü. İbrahim yeddinci göydə mələklərin evi olduğunu bilinən bir evin divarına yaslanmışdı. İbrahimin yaslandığı evin planı ilə Kəbənin yapım planının bənzər olduğu bəlli oldu. Yeddinci göydən sonra Kəbənin ətrafına bənzəyən bölgə başladı. Burada sidrətülmüntəha var idi. Südrətülmüntəha bir ağcdır və bu ağacdan o yana məchulatdan ibarətdir. Bu ağacdan o yananın necə olduğu haqda bilgi yoxdur. Burada Peyğəmbər tanrıya o qədər yaxınlaşdı ki, Tanrının qələminin səsini duymaqda idi. Tanrının insanların haqq-hesabı ilə məşğul olduğunu hiss edirdi. Tanrının qələminin səsini duysa da, Onu görmürdü, çünkü kimsə peyğəmbər olsa belə, Tanrını görə bilməz. Tanrının səsini Cəbrail dolayısıyla eşidirdi. Çünkü heç bir qulaq, peyğəmbər qulağı olsa da,  Tanrının səsini dirək eşidə bilməz. Orada Tanrı Muhəmmədlə Cəbrail vasitəsiylə qonuşaraq dedi ki, qəbilən tərəfindən dışlandığını bilirəm. Lakin səbirli olman gərəkir. Səndən öncəki peyğəmbərlərindən çox acı çəkdiklərini bilmən lazımdır. Onlardan bəziləri işkəncə altında öldülər. Daha sonra Tanrı Muhəmmədin gələcək planları haqda danışdı. Ona söylədi ki, Musa öz tərəfdarlarını toplayıb Misirdən mühacirət etdiyi kimi, sən də yandaşlarını, sənə inananları toplayaraq Məkkədən Mədinəyə hicrət et! Şübhəsiz ki, bu işin iradə və istiqamətə ehtiyacı vardır. İradə və istiqamətini gücləndirmək üçün səni öz yanımıza, göyə gətirdik.
Muhəmməd göydən, Tanrı qatından yerə döndüyündə özü ilə on iki Tanrı fərmanı gətirdi. Bundan öncə Musa peyğəmbər Tanrı qatından on fərman gətirmişdi. Muhəmməd bu on iki əmri müsəlmanlara duyurmaqla görəvli idi. Muhəmmədin gətirdiyi on iki əmr bunlar idi:
1-     Müsəlmanlar bir olan Tanrı dışında kimsəyə tapınmamalıdırlar.
2-     Müsəlmanlar ata-analarını sevməlidirlər.
3-     Müsəlmanlar əqrəbalarına sayqı ilə davranmalıdırlar.
4-     Yolda qalan çarəsiz yolçulara yardım etməlidirlər.
5-     İsraf etməməlidirlər.
6-     Kəramətsiz olmamalı, mərhəmətli olmalıdırlar.
7-     Zina etməməlidirlər.
8-     Kimsəni öldürməməlidirlər.
9-     Başqalarının, özəlliklə yetimlərin malına göz dikməməlidirlər.
10-Əhdə sadiq olmalı və hiylə etməməlidirlər.
11-Ağıl dışı işlərlə uğraşmamalıdırlar.
12-Kibirli olmamalıdırlar.
Muhəmməd Me´rac olayından sonra göydə gördüyü adamları da müsəlmanlara anlatdı. Bu arada bir hadisəni burada söyləmək yerində olar. “İlahi komediya” kitabının yazarı Dantə də öz əsərində şəxslərin başına gələnləri anladarkən Muhəmmədin Me´rac səfəri metodundan yararlanmışdır. Me´rac səfəri sırasında Muhəmməd bəşər tarixindəki seçkin insanları göydə görərkən onları tanıya bildi. O, göydə qələm və qılıc sahibi olanları gördü. Muhəmməd özündən öncə dünyaya gəlib getmiş bütün peyğəmbərləri və elm sahiblərini bu səfərdə gördü. Bəzi təzkirə yazarları yazırlar ki, Muhəmməd göyün yeddinci qatına yüksəlib sidrətilmüntəhaya ulaşaraq orada Tanrı ilə danışıb geri döndükdən sonra evinə döndü. Evinə geri dönərkən evdən çıxdığı zaman açdığı qapı cəftəsi və ya zənciri hələ hərəkət edirdi.
Bu mövzunun günümüzdə yayqın olan Einstein´in nisbiyyət nəzəriyyəsi ilə açıqlananması mümkündür. Bu nəzəriyyədə zikr edilir ki, Bir kişi hərəkətsiz və digəri hərəkətdə isə, onlar üçün zaman eyni ölçüdə görünməz. Muhəmmədin Me´rac məsələsində şaşırdıcı görünən zaman qonusu deyildir. Şaşırdıcı olan budur ki, Muhəmməd ətdən və sümükdən olan cismi varlığıylamı göyə getdi? İslam alimləri Me´rac məsələsində iki nəzəriyyə ortaya qoymuşlar. Bəzilərinə görə, Peyğmbər maddi cismi ilə Me´raca getmişdir. İkinci qrupa görə, Muhəmməd cismən deyil, ruhən Me´raca getmişdir. Lakin heç bir müsəlman alim Muhəmmədin yuxuda ikən Me´raca yüksəlib, röyada sidrətilmüntəhaya vardığını yazmamışdır. Onun cismi Me´racına inananlar iddia edirlər ki, O, peyğəmbər olduğu üçün buna qadir olmuşdur. İkinci dəstə hesab edir ki, Muhəmməd cismən göyə getməmiş və cismən göyə getməyə heç ehtiyac da yoxdur. Bunlara görə, Peyğəmbərin ruhu göylərə yüksəldilmişdir. Bu dəstəyə görə, biz özümüz də peyğəmbər olmadan yuxuda bizdən minlərcə, on minlərcə kilometr uzaqda olan yerlərə gedə bilirik. Ya da yuxuda bir çox adamlarla buluşa bilirik. Biz sadəcə yaşantıda başımıza gələn olaylar üzərinə röya görmürük. Bizdən yüz və ya min illər öncə ölmüş insanları da yuxularımızda görə bilirik. Ayrıca, röya sürəsincə görüdüyümüz adamların öldüklərini də bilirik. Yəni yuxu görə-görə yuxuda rastlandığımız adamların həyatda olmadıqlarını, öldüklərini də bilirik. Röyada ölülərlə danışmağı hər kəs öz yuxu həyatında təcrübə etmişdir. Hətta ölmüş adamları yuxuda incitməmək üçün onlara “sən ölmüşsən” söyləmərik. Yuxu gördüyümüzdə cismimiz hərəkət etməz. Ancaq bir çox yuxularda cismimiz yataqda ikən göylərdə uça da bilirik. Əski bilgələrə görə, bu durumda ruh bədəndən ayrılaraq uzayda sərbəst hərəkət edir. Uzaq ölkələrin, planetlərin seyrinə dalır və bizdən yüzillər öncə ölmüş insanlarla qarşılaşır. Röyalarda qarşılaşdığımız adamların maraqlı özəllikləri olur və şaşırdıcı olan da budur. Çünkü bəzən bizdən yüzillər öncə başqa ölkələrdə yaşamış, dillərini bilmədiyimiz, onların da bizim dilimizi bilməyən adamlarla qarşılaşaraq qonuşa bilirik. İlginc olan da budur ki, dil bilməmək röyada qonuşmaya mane olmur. Onlar bizim, biz də onların dilini anlaya bilirik. Bu durumda ruh bədənimizdən ayrılmır. Yuxu halında bədənimizdə və ya günümüzdəki modern ifadələrlə söylərsək, sinirlərimiz və beyin hücrələrimizdə öylə bir keyfiyyət oluşur ki, gözlərimizin önündəki pərdələr çəkilərək uzaq məsafələr yaxınlaşır. Bu durumda biz özümüzü hər kəsi tanıyan və hər kəslə qonuşa bilən şəxs kimi görürük. Uyanıq halımızda kiçik bir arxın üzərindən atıla bilməzkən, yuxuda yüksək dağların zirvəsində uçur, dərələrdən atlayırıq. Bütün bu işlər, sanki uyaq halımızda yolun bir tərəfindən digər tərəfinə keçdiyimiz qədər bizə təbii görünür. Yuxu boyunca cismimiz öz evimizdə uyumaqdaykən, ruhumuz planetlər arası məsafələr qədər uzaqlarda ola bilir. Yuxuda yabancı dilləri də anlayıb o dillərdə danışa bilirik. Yuxuda yabancı bir ölkəyə girdiyimizdə o ölkənin yolları, küçələri sanki öz şəhrimizdəymişik kimi, bizə tanış gəlir. Röyada öylə dostlarımız və düşmənlərimiz olur ki, gerçək həyatda onların heç birini tanımırıq. Ancaq yatdığımızda sirli yuxu dünyasında onlar gözə görünməyə başlayırlar. Bəziləri bizə dostca davranır, bəziləri də o qədər qorxuncdurlar ki, onları gördüyümüzdə qorxudan bağıraraq yuxudan oyanırıq. Yuxu dünyasında biz yanar dağların içinə də girib və yanmadan sağ-salam yanar dağın içindən geri dönə bilirik. Röyada sıfırın altındakı hava soyuqluğunu da donmadan təcrübə edə bilirik. Röyada zamanın başqa ölçüsü ortaya çıxar. Yuxudakı olayları biz həyatdakı saat ölçüləri ilə ölçə bilmərik. Çoxları bəzən yuxuda özünü yabancı ölkədə görüb o ölkədə illər, hətta on illər boyunca yaşayaraq bir sürü olaylarla qarşılaşa bilir. Röyadakı bütün bu sürəc isə sadəcə bir dəqiqə içində gerçəkləşə bilir.
Bütün bunlar hər kəsin həyatında oluşmuş hadisələrdir və bunu isbat etmək üçün çox da araşdırmaya gərək yoxdur. Hər kəs röya təcrübələrinə dayanaraq yuxuda məsafələrin ortadan qaldırıldığını bilməkdədir. Rüyada insan bir anın içində hər yerdə ola bilir. Hər şeyi görür, duyur və yabancı dilləri anlayıb danışa da bilir. İnsan röyada öylə musiqi melodiləri duya bilər ki, onun bənzərini gerçək həyatda duya bilməz. Bəzi bəstəkarlar bəstələrini yuxuda görüb, oyandıqlarında onun notunu yazmışlar. Röya dünyasında keçmiş, gələcək və indiki zaman birləşərək bir tək məna ifadə edir. Bəzən min və ya iki-üç min illər öncəyə gedə bilirik. Bəzən də min, ya da iki-üç min illər sonrakı gələcəyə səfər edə bilirik. Min illər öncə dünyada olmuş, ya da min illər sonra dünyaya gələcək olan insanlarla ilişki qurub danışa bilirik. Bəzi bilim adamları uyanıq həyatda çözə bilmədikləri sorunları yuxuda çözə bilmişlər. Sanki uyanıq durumumuzda beynimizi sıxan və onurqamızın içindəki damarda saxlanan istedadların üzə çıxmasını əngəlləyən sorunlar yuxuda ortadan qaldırılmış olur. Bütün bu verilərdən yola çıxaraq böylə bir iddiada bulunmaq olmazmı ki, bizim röyada gördüyümüz dünyaya Muhəmməd kimi bir peyğəmbər öz ruhunu oyanıq halında göndərə bilmişdir? Yuxu halında bizim sinir və beyin sistemimizdə ortaya çıxan olqu Peyğəmbərin sinir və beyin sistemində ortaya çıxmış ola bilməzmi? Böyləcə bizim yuxuda seyirnə vardığımız o dünyaya Peyğəmbər cismən göyə yüksəlmədən oyanıq halında fikrən və xəyalən getmiş ola bilmizmi? Çünkü yuxu halında ya ruh bədəndən ayrılaraq başqa dünyaya gedir (əskilər bu şəkildə inanardılar), ya da beyin hücrələrində və sinir sistemimizdə öylə durumlar ortaya çıxır ki, bizi zaman və məkan darısqallığından azad edir. Böyləcə biz kəndimizi əzəli və əbədi olaraq görürük. Varlığın* bütün var olanlarında özümüzü ortaq görürük. Bəzən də cansızların və bitkilərin səsini duyub nə söylədiklərini anlaya bilirik. Bu olqular Hz. Muhəmmədin hücrə və sinir sistemində oyanıq halında ortaya çıxmışsa, Onun Me´racı ussal (rasional) açıdan məqbul görünər. Böyləcə onun səfərinin çox hızlı olduğunu da qəbul etmək olar ki, geri döndüyündə hələ də qapının cəftəsi və ya zənciri hərəkət halında imiş. Me´rac haqqında söylənənlərin rəvayət deyil, masal (əfsanə) olduğunu da düşünmək mümkündür. Bu yolla Me´rac zamanı Muhəmmədin səfərinin sürətini dinləyiciyə çatdırmaq istəmiş ola bilərlər. Lakin bəzi müsəlman təzkirə yazarları Muhəmmədin ruhən deyil, cismən göyə gedib döndüyünü yazmaqdadırlar. Bu təzkirəçilərin rəvayətləri incələnərsə, fiziki olaraq iki mövzu ortaya çıxar. Birinci məsələ səfərin sürəti və ikinci məsələ də böylə bir soru ki, cismin işıq sürəti ilə hərəkət etməsi necə mümkün ola bilər? Rəvayətlərdən anlaşıldığı üzrə Muhəmmədin Me´rac zamanı səfərinin sürəti işıq sürətindən də artıq imiş. Səfərin sürəti cazibə gücü dalğalarının təsiri sürətində imiş. Çünkü Muhəmməd bir neçə anın içində sonsuz göylərin bir yerinə getmiş. Rəvayətdə anladılana görə, Muhəmmədin getdiyi yerdə yerləşən ulduzların işığı milyon və ya milyarlar ildən sonra yerə çatır. İşıq sürətindən artıq bir sürətlə hərəkət etmək necə mümkün ola bilər? Maddə bu qədər sürətin qarşısında paramparça olmazmı? Kainatın varlığının çox geniş olduğunu bilirik. Einstein´in varsayımına (hipotezinə) hipotezinə görə, kainatın diaqonalı üç milyar işıq ilidir. Yəni bir saniyədə üç yüz min kilometr məsafə yol gedə bilən işıq parçası kainatın bir tərəfindən digər tərəfinə doğru hərəkət edərsə, üç milyar ildən sonra digər tərəfə çatar. Ani olan, yalnız bir sürət var ki, bir ləhzənin içində kainatın bir tərəfindən digər tərəfini etkiləyər. O da cazibə gücü dalğalarının etkisidir. Bir saniyə içində on milyonlarca günəşi olan bir kəhkəşan (qalaktika) dünyasının sonunda ayrışma ortaya çıxaraq dalğalara dönüşərsə, dünyanın yerçəkimi o anın içində kainatın dəngəli olacağı biçimdə təpki göstərər. Böylə olmasaydı, hansısa kəhkəşanda ortaya çıxan ayrışma və dəyişimin dalğaya dönüşməsinə təpki o anın içində gerçəkləşməsydi, günəş kəhkəşanı yox olardı. Newtonun Kopernikdən etkilənərək kəşf etdiyi cazibə qüvvəsinin etkisi bütün kainatda dərhaldır, bir anın içindədir. Bu durum bütün kainatda eyni saniyənin içində gerçəkləşir. Cazibə gücünə təpki də anidir, eşzamanldır.
İslamçı təzkirə yazarlarına görə, Muhəmmədin kainatdakı səfərinin sürəti işıq sürətindən artıq olmuşdur. Muhəmmədin oyanıq halında kainatda öz ruhu ilə gəzdiyini qəbul edərsək, fiziksəl dartışma ortaya çıxmaz. Lakin cismi varlığı ilə göyə yüksəldiyini savunacaq olursaq, böylə bir soru ortaya çıxacaq: Cism işığın bir saniyədə getdiyi üç yüz min kilometr sürətə dözə bilər, bu qədər sürəti təhəmmül edə bilərmi? Fizik elmi maddənin bir saniyədə bu qədər sürətlə hərəkət edə biləcəyini qəbul etməz. Maddə özü işığa dönüşəcəyi durumda bu hızla hərəkət edə bilər. İşıq da bir saniyədə üç yüz min kilomertdən artıq hərəkət edə bilməz. Bəzi müsəlman təzkirə yazarları Hz. Muhəmmədin cismən göyə yüksələrək, işığın sürətindən daha artıq bir sürətlə səfər etdiyini savunmaqdadırlar. Onlara görə, Muhəmməd səfər sürətini kainatın cazibə gücü dalğalarının təpkisinə görə gerçəkləşdirmişdir, yəni işıqdan da daha artıq bir sürətlə hərəkət etmişdir. Fizik elmi bu savı (iddianı) qəbul etmir. Bu, sadəcə etiqadi bir məsələdir və elmi məqbuliyyəti yoxdur. Mən də müsəlmanların inancına sayqı göstərərək elmi dayanağı olmasa da, onların bu məzhəbi savlarını qəbul edirəm. Biz xristianların da məzhəbi inancımızda fizik və biologiya elmi ilə uyğun olmayan savlarımız vardır. Ancaq bu elmi hökm deyil, məzhəbi hökm olaraq qəbul edilməkdədir.


* Daşın üzərində ayaq izi necə qala bilər? Hz. Muhəmməd həyatı boyunca bir çox daşlara, qayalara ayaq basmışdı. O zaman oralarda da ayaq izi qalmalıydı. İslamiyyətin bu kimi ağıl dışı əfsanələrə ehtiyacı yoxdur. Yazarın da ifadə etdiyi kimi bunların hamısı rəvayət və əfsanədir. Çünkü Hz. Muhəmməd o qədər yol gedir, ayağının izi yumşaq yerlərdə qalmır, ancaq sərt bir daşda qalır. Bunlar ağıla, məntiqə tərs görünür, çünkü rəvayət və əfsanədir. Tarixi doğrulara dayanmamaqdadır, etiqadi bir məslədir. İnanan üçün doğru, inanmayan üçün əfsanədir. Hz. Muhəmmədin merac səfərini irfan əhli ruhi yüksəliş olaraq görər. Çünkü “yer” və “göy” dilsəl bir mövzudur. Gerçəkdə böylə məkanlar yoxdur. İnsan aya getdiyində bu kərə yer özü göydə görünür. Aydan yerə doğru hərəkət edən göyə tərəf hərəkət etmiş olur. Gerçəkdə məkan yoxdur. Məkan dilsəl mövzudur. Hər şey uzaydadır, göydədir. Allah da insana şah damarından daha yaxındır. Bu üzdən də hansısa planetdən yer kürəsinə doğru hərəkəti düşünərsək, o hərəkətin başlanqıc nöqtəsi yer və üzərində yaşadığımız yer isə göydə mövcud olan bir planetdir. O zaman göy deyə bir şey yox və uzay var. Hər şey də uzay boşluğundadır. Hüseyn Cabvid “Şeyx Sənan” əsərində mercac məsələsini bu şəkildə yorumlar:
“Bir bəşərdir” diyordu peyğəmbər,
Heç görülmüşmü çıxsın ərşə bəşər?”- G. G.
* Martin Heidggerin fəlsəfəsində “Varlıq” qavramı ilə “var olanlar” fərqli anlamlardır. Varlıq bütündür, əzəli və əbədidir. Var olanlar isə varlğın təzahürüdür. Var olanlar “ontik”, varlıq “ontolojik” qavramlarla nitələnmişdir.  Tərcümədə bu qavramların uyğun olduğunu düşündüm- G.G.

Hiç yorum yok:

Yorum Gönder