Hüsaməddin
Fərzizadə
Çevirən:
Güntay Gəncalp
İslamdan İslama qədər
Bismillahirrəhmanirrəhim
İran genəlində bütün oxucuların
anlaya bilmələri üçün bu yazını farsca yazıram. Ana dilimdə (türkcədə)
yazmadığım üçün Allahın efvine sığınır və dostlarımın məni bağışlamalarını diləyirəm.
Anladığımızı və tanıdığımızı
sandığımız İslam toplumu çox böyük bir toplumdur. Tanıdığımızda da
təəssüflənirik. Çünkü bu böyük topluluq birlik anlayışı içində doğru yolu seçə
bilməməkdədir. Çünkü şiələr görünürdə “sünni qardaşlar” ifadəsini qullansalar
da, əslində ömərilərin və nasibilərin kafir olduqlarına inanırlar. Sünnət əhli
də şiəliyi yəhudiliyin ürünü olaraq görərək kəndilərindən uzaqlaşdırırlar.
İslamın doğuş çağına ən yaxın firqə olan Əbazi kimi xəvaric firqələrinin də
daha fərqli görüşləri var. Hər üç axım İslami birliyin parçalanmasında
yəhudiləri suçlu görürlər. Çünkü yəhudilər gərəkdiyində sünni və ya şiə ola
bilirdilər. Şiələşən yəhud Əli haqqında aşırı mədhlər yazarkən, ilk üç xəlifə
haqqında sevimsiz bilgilər oluşdurmuşlar. Sünniləşən yəhudilər də Əbubəkir və
Ömər haqqında mədh bilgiləri oluşdurmuşlar. Ümmət arasında nifaq yaradaraq
dəyişik qrupları qarşı-qarşıya qoymaq amacı ilə möminlərin anası Aişə adına
hədislər rəvayət etmişlər. İbni-Səba kimi yəhudilər Əli haqqında İslam dışı aşırı
bilgilər oluşdurmaq
üçün fars tarixi sosial psikolojisini uyqun ortam olaraq görmüşlər. Çünkü
yəhudi aydınları farsların ərəblərə qarşı aşırı nifrət və kinləri haqda bilgi
sahibi idilər. Həm İslam öncəsi, həm də İslam sonrası farsların ərəbləri aşağı
bir ulus olaraq gördükləri haqda yəhudilərin tarixi bilgiləri var idi. İslam
öncəsindən başlayaraq davam edən farsların ərəb düşmənliyi günümüzdə də davam
etməkdədir. Farsların bu aşırı ərəb qarşıtlığı duyqularından yararlanan
İbni-Səba və Kə´b-ul Əxbar kimi yəhudi alimlər İslam Dünyasında parçalanma
yaratmaq amacı ilə ilk üç xəlifə haqda, özəlliklə farsların Sasani
imperatorluğunu devirən Ömər haqqında aşağılayıcı məlumat, təhqir edici
bilgilər yaymağa başladılar. Çünkü yəhudi bilgələr farsların, özəlliklə onların
Sasani imperatorluğunu devirən Öməri sevmədiklərini yaxşı bilirdilər. Yəhudilərin
bu haqda başqa tarixi təcrübələri də var idi. Farsların sadəcə Öməri deyil,
daha öncə Əhəməniləri devirən Makidoniyalı İskəndəri də Ömər kimi
sevmədiklərini yəhudilər bilirdilər. Diqqət edərsək, İranda ən çox Öməri
aşağılar, sövərlər. Sasanilərin devrilməsində Əlinin az rolu olduğundan
Əbutaliboğluna qarşı Ömər kimi kin bəsləməzlər. Əlini daha öncəki xəlifələrin
harda isə düşməni kimi göstərərk ərəb və digər xəlifələrə qarşı düşmənliyin
tarixi zəminini oluşdururlar.
Zərdüştilər Əli haqqında aşırı gözəl
sözlər söylərkən, ilk üç xəlifə və Aişə haqqında həqarət dolu bilgilər mətnləşdirdilər.
Ayrıca, farslar əski çağlardan bəri qutsal dölə inandıqları üçün Əlinin
evladları haqqında da İslam öyrətiləri ilə uyqun gəlməyən bilgilər
oluşdurdular. Heç bir tarixi əsası olmayan bir yalan uydurdular. Guya Əlinin
oğlu Hüseyn Sasani padşahının qızı Şəhrbanu ilə evlənmiş! Yalan bilgilərlə
Hüseynin qadınını fars kimi sunaraq Hüseyn soyundan törəyəcək olan imamlara
Sasani-pers soy və kimliyi qazandırmaq istədilər və başardılar. Bir halda ki,
Sasani şahı Yəzdgərdin Şəhrbanu adlı qızının olduğu heç bir tarixi bəlgədə
mövcud deyildir. Ərəblərin saldırısından sonra Yəzdgərdin ailəsinin Çin
dövlətinə sığındığı haqda tarixi rəvayətlər vardır. Təbatəbai kimi, bə´zi şiə
alimləri bilə, Hüseynin Sasani qızı ilə evlənmə rəvayətini yalanlamışlar. Bu
alimlərə görə Hüseynin oğlu Zeynəlabidnin anası Sasani qızı deyil, yəmənli bir
cariyə olmuşdur. Ayrıca, Sasani sarayında irq təmiz qalsın deyə, başqa
soylarla, özəlliklə aşağıladıqları ərəb soyuyla evliliyə izin yox idi. Ən
önəmli yalanlardan biri də Tehranda Şəhrbanu üçün uydurulan bir məzardır. Tarixi
verilərə görə bu məzar əski pers inancının tapınağı olan Anahita adlı ilaha
aiddir.
Yenə də Kə´b-ul Əxbar kimi yəhudi
alimlər ilk üç xəlifələrin mədhi və Əlinin tənqidi üzərinə də bilgi ürətmişlər.
Bu yəhudi dəstələr İslam düşmənliyi ilə tanınırdılar. Yəhudilər indiki zamanda
olduğu kimi, o zaman da əqli və şəriət bilimlərində öncül idilər. İlkəl
toplumlarda və tarix boyunca yəhudilərin çoxu öyrətmən və bilgə olmuşlar. Lakin
başqa dinlərə inananlar yəhudilər qədər fəal olmamışlar. Yəhudilər seçkin bir
xalq olmuşlar. İslamın başlanqıc tarixini diqqətlə oxursaq, yəhudilərin nə
qədər etkili olduqlarına tanıq olarıq. Kə´b-ul Əxbar Ömərin öldürüləcəyini daha
öncədən ön görmüşdü. Ömərin qatili Firuz Əbulolo´nun təhdidindən sonra Əxbar
Ömərə üç gün sonra öldürüləcəyini öncədən xəbər vermişdi. Bu öngürüsünü də
Tövrat´a dayanaraq açıqlayırdı.[1]
Onun və digər yəhudilərin zərdüştilərlə bir yerdə İslama qarşı müxalif olduğu
tarix üçün bəllidir. Yəhudilər islamı içindən parçalamaq üçün dəstələr, qruplar
təşkil edirdilər. İlginc olan budur ki, Kə´b-ul Əxbarın kəndisi Ömərin
öldürülmə fikrini oluşduran şəxslərdən biri olmuşdur. O, Ömərin öldürüləcəyi
fikrini Tövratda oxuduğunu iddia edərək, bir yandan Ömərin qətli fikrini
yayqınlaşdırır, digər yandan da Öməri mədh edirdi. Əbubəkir və Öməri
ululaşdıran yəhudilər Peyqəmbərdən onlar haqqında hədislər də nəql edirdilər. Guya
Peyqəmbər Ömərin elminin hər kəsdən daha artıq olmasıyla ilgili sözlər
söyləyibmiş! Bir halda ki, bu bədbəxt Ömər kəndisi neçə kərə elminin sınırlı
olduğunu açıqca dilə gətirmişdi. Ömərə müxalif və müvafiq olan ravilər bu
şəkildə bir bilgi rəvayət etməkdədir: Ömər çıxmış mənbərdə bir qadınla
danışırdı. Sonunda “Ömərin elmi bir müsəlman ərəb qadınından da azdır. Ərəb
qadınları ondan daha alimdirlər” demiş.
Yəhudilər digər tərəfdən şiələr
adından Ömər haqqında hədislər uydurdular ki, guya Ömərin atası bəlli deyil və
kəndisi də ibnə olmuş! Həm də Əli və oğulları haqqında aşırı hədislər
uydurdular. Guya Cəbrail iblisin tuzağına düşərək peyqəmbərlik bilgilərini Əli
yerinə, Muhəmmədə vermişdir! Bunun davamında Əli və evladlarını əhli-beyt
adlandırdılar. Bir halda ki, hər kəsə məlum olduğu üzrə əhli-beyt anlayışı
kişinin qadınlarını, oğullarını və qızlarını ehtiva edər. Ayrıca, kişi həyatda
ikən əhli-beyt anlayışı bir anlam daşıyar və öldükdən sonra heç bir anlam ifadə
etməz. Özəlliklə əhli-beyt anlayışı qadınları içinə alar, çünkü oğul və qız
evlənib başqa ailə quraraq, başqa beytə mənsub olar, kəndiləri üçün əhli-beyt
təşkil edərlər.
Şiənin kəndi hədisləri Əli və
evladlarının “əhli-beyt”lik iddialarında bulunmadıqlarını açıqca
göstərməkdədir. Şiə alimlərinin iddia etdiyi kimi, Əli və torunları heç bir
zaman məsumiyətləri haqqında bir söz söyləməmiş və xilafətin onların haqqı
olması ilə bağlı bəyanda bulunmamış, kəndilərini özəl seçkin insanlar olaraq
nitələməmişlər. Şiə bilgələrinin rəvayətinə görə, şiənin beşinci imamı Baqirə
“nədən şiə aşırıları Əlini Allah və ya peyqəmbər olaraq görərlər?” deyə
sorulduğunda “hədisi nəql edən firqələri və hədis sahiblərini onlar tanımamışlar”
deyə cavablamış. Şiənin iddia etdiyi kimi imamlar məsum olsaydı, elmlərin
dəlicisi ləqəbi daşıyan Baqir buna etiraf etməzmi idi?
Yəhudilər müxtəlif hədislər
uyduraraq gələcəkdə parçalanmanın əsasını qoymuşlar. Peyqəmbər adına uydurulan
“mənim davamçılarım 12 imam olacaq” hədisi də yəhudi uydurmasıdır. Bu saxta və
uydurma hədis sünnət əhlinin kitabında da yer almışdır. Lakin Səfəvilərdən
sonra yazılan hədis kitablarında daha təfsilatı ilə bu saxta və yalan hədis
üzərinə bilgi ürətmişlər. Səfəvi sonrasında 12 imamın adları da bəlli edilmiş. Bu
saxta hədis “Cabir hədisi” olaraq tanınmaqdadır. Hədisin tarixindən də bəlli
olduğu kimi rəvayətçiləri də saxtadır. İsna-əşəri şiəsinin haqlılığını
isbatlamaq üçün bu saxta kimliklər sonradan uydurulmuşdur. Bu saxta hədis
tarixdə isna-əşəri şiəsinin şəkillənməsinə yol açdı. Böylə ki, şiənin 11-ci
imamı sayılan Həsən Əsgəri öldükdən sonra şiələr onun qardaşını imam görmək
istədilər, lakin o, fasiq olduğu və ya böylə işləri anlamsız sandığı üçün
şiələr başqa yol seçdilər. Həsən Əsgəri üçün yalançı bir oğul uydurdular. Heç
dünyaya gəlməmiş və kimsənin görmədiyi bu oğlanı daha sonra qeybə göndərdilər. Onun
son imam və ya xəlifə olması üzərinə ittifaqi-nəzər etdilər. Bu yolla rəvayət
edilən saxta hədisin ön görüsü də gerçəkləşmiş olurdu. Ayrıca, bu saxta hədis
Muhəmmədin dilindən deyil, Tövratdan nəql edilirdi. Tövratın “təkvin səfəri”
bölümünə diqqət edilərsə, İsmayılın nəslindən 12 padşahın meydana çıxacağı ön
görülməkdədir. Şübhəsiz ki, 12 imamla ilgili bu saxta hədisin qaynağı Muhəmməd
deyil, Tövratdır. Diqqət edilərsə, Tövratda 14 deyil və ya 13 deyil, sırf 12
olması çox düşündürücüdür. Şiə görüşündə Muhəmməd və Fatimə məsum olaraq
görülsələr də lakin imamlıq mərtəbəsindən aşağıdadırlar. Tövratın bu rəvayəti
üzərinə qurulan şiə görüşü bir yandan da Əlini peyqəmbər və Muhəmmədi Əlinin
haqqını qəsb edən şəxs kimi təqdim edər. Çünkü yəhudi və fars gələnəyinə görə
şahlıq atadan oğula keçən bir sürəc idi. Bu rəvayətə görə, Muhəmmədin oğlu
olmadığından şah olamazdı. Bu üzdən Muhəmməd səhnədən dışlanaraq yerinə Əli
keçməli idi. Saxta hədis rəvayətçiləri nə etdiklərinin bilincindəydilər. Bu
hədislərin tam çoxu müsəlman olmuş yəhudilər tərəfindən uydurulmuşdur.
Ömər hədis rəvayətini, özəlliklə
Muhəmmədlə çox az irtibatda olan şəxslərin hədis rəvayət etməsini yasaqlamışdı.
Əbuhüreyrə “Ömər zamanında hədis rəvayət etsəydim, cəzalanardım” deyə bəyanda
bulunmuşdu. Əli də Ömər kimi davrandı və hədis rəvayətini yasaqladı. Şiə və
sünni hədis kitablarına baxarsaq, hədislərin çoxunun yəhudilər tərəfindən
rəvayət edildiyinə tanıq olarıq. Hədis uyduran bir yəhudi ölümə məhkum edilir
və öldürülürkən “mən öz görəvimi başarıyla gerçəkləşdirərk, minlərcə saxta
hədis uydurdum” demişdi. Bu saxta hədisləri uydurmaqdan amacları Quranı arxa
plana edərək Quransız bir din oluşdurmaq idi. Çünkü Qurana deyil, hədislərə
dayanan bir din tez parçalanar və böyük ixtilaflara meydan açar. Bu saxta
hədislər üzündən Quran ayətləri də yanlış yorumlanmaqdadır. Çünkü Quranın
açıqlanmasında bu saxta hədislər əsas alınmaqdadır. Məsələn şiə, əhli-beyt
təthiri və xumsla ilgili ayətləri Quranın öz açıqlamasına görə deyil, saxta
hədislərə görə yorumlamaqdadır. bə´zən hədislər o qədər artmış ki, onların bir
qismini nə şiə, nə də sünni qəbul etmişdir. Lakin Əbuubeyd Cərah və Miqdad
Əbuzər kimi səhabilərdən nəql edilən hədislər sayqı və ehtiramla
qarşılaşmışdır. Örnəyin imam zamanla ilgili uydurulan “imamını tanımayaraq ölən
kişi cahilcə ölmüşdür” hədisi saxtadır, əsası yoxdur. Abbasilər iqtidarlarını
bərkişdirmələri üçün kəndiləri haqqında bir sürü hədis uydurdular. Guya
peyqəmbərə görə, iqtidar onun öz soyu tərəfindən davam etməli imiş. Ya da
Hüseyn soyundan imamətin davam etməsiylə bağlı yalan hədislər uydurdular. Yalnız
xəvaric Qurana inanaraq və Quran əsasında davranmışdır. Çünkü xəvaric Quranın
da israrla qeyd etdiyi kimi xilafəti və yönətimi bir soya deyil, ədalətlə
davrana bilən hər kəsə şamil bilməkdədir. Bu şəxsin Qureyşli olmaması bir yana
dursun, hətta ərəb olub olmaması da önəmli deyil. Çünkü Quran soya deyil,
ədalətə işarə edər. Yalnız xəvaric İslam kitabının mətninə görə bir dünyagörüşü
ortaya qoydu.
Hüseynin Kufə əhlinə yazdığı məktubu
şiənin yalanlarını ortaya qoyar. Çünkü Hüseyn kufəlilərə yazdığı məktubunda
Peyqəmbərin nəvəsi olduğuna işarə etməmişdi. Yəzidə qarşı çıxmasını Peyqəmbər
torunu olmasına bağlamamaqdadır. Yalnızca ədalətdən yana olduğunu yazır. Hüseyn Quran əksənli davranırdı və
Qurana görə də Peyqəmbər soyundan olmanın heç bir önəmi yoxdur, önəmli olan
fərdin təqvasıdır. Yəzidə qarşı çıxmasını Peyqəmbər torunu olmasına
bağlamamaqdadır. Sadəcə ədalətdən yana olduğunu yazır. Hüseynin öldürülüşündən
sonra ortaya çıxan bütün rəvayətlər yalan və saxtadır. Hüseynin Peyqəmbər
torunu olduğundan kəndisini xilafətə layiq görməsi sonradan uydurulmuşdur və bunun
Hüseynin dünyagörüşü ilə heç bir bağlantısı yoxdur. Bunları Hüseynin düşmənləri
uydurmuşlar. Hüseynin düşmənləri Hüseyni Cəməl savaşında Təlhə və Zübeyrə
bənzətmək amacıyla bu yalanları uydurmuşlar. Bir qism də yenə Hüseynin digər
düşmənləri sayılan seyyidlər və şiələr tərəfindən uyduruldu. Seyyidlər də kəndi
iqtidarlarına tarixi haqlılıq qazandırmaq üçün bu yalan rəvayətləri uydurdular.
Seyyidlərin amacı siyasi iqtidarı kəndiləri üçün dədədən qalma miras kimi
görmək idi. Hüseyn isə kufəlilərə yazdığı məktubunda Yəzidə qarşı çıxmasını bu
şəkildə bəyan etmişdi: “Ey kufəlilər, Peyqəmbər buyurmuşdur ki, kim haramı
halal olaraq göstərən bir zalım hakimi görüb səssiz qalarsa, Allahın vacibatını
yerinə gətirməmişdir. Bilmiş olun ki, səssiz qalanlar Allahı buraxıb şeytana
uymuşlardır.”[2] Hüseyn eyni məktubunda
iqtidarı soya bağlayan şiənin və digər soycuların fikirlərinin batil olduğunu
açıqca bəyan edər. Eyni məktubda Hüseyn davam edər: “Ədalətli və kitaba görə
davranan, haqqı uyqulayan hər kəs imamdır.”[3]
Çünkü Quran “ulul əmri minkum” deyə bəyan edər. Yəni İş bilənlər mənim
tərəfimdən bəlirlənməz, sizin içinizdən çıxar. Digər bir yerdə Quran yalnız
təqva sahiblərini üstün olaraq nitələr, soy mənsubiyətini deyil.
Soy olaraq Peyqəmbərə dayanmanın
Qurana görə heç bir önəmi yoxdur, ancaq əxlaq və davranış olaraq Peyqəmbər kimi
olanlar Quran tərəfindən övülməkdədir. Quranda keçən “zilqurba”, yəni
“peyqəmbər yaxınlarına sayqı” da bu anlamdadır. Yəni Qurana görə, Peyqəmbərə
yaxınlıq soy birliyi məsələsi deyil, ədalət, əxlaq yaxınlığı məsələsidir. İstər
Muhəmmədin, Çingiz Xanın və ya Yaqubun soyuna dayansın İslama görə soy
məsələsinin heç bir önəmi və dəyəri yoxdur. Qədiri-xum macərası da Həsən və Hüseyn
soyundan gələn Bənihaşim qəbiləsinin düzməcəsindən başqa bir şey deyildir. “Şeyxi
olmayanın şeyxi şeytandır” hədisi də müxtəlif firqələrin meydana çıxması üçün
çıxarcılar tərəfindən uydurulmuşdur. Bu hədis bütün məzhəblər və firqələr
arasında düşmənlik yaratdı. Hər şeyxin görüşü dini qaynaq olaraq qəbul edilərək,
digərini təkfir etdi. Həm şiə, həm də sünnilikdə çoxlu firqələrin ortaya
çıxmasına yol açan bu saxta hədis onları bir-birinə qarşı qoydu. Bu bəlaların
hamısı saxta hədislərdən qaynaqlanmaqdadır.
Tarixə baxdığımızda Ömərə qədər
İslam tarixində bir sorun və qarşıdurmanın olmadığına tanıq olarıq. Çünkü Ömər
dönəminə qədər hədis nəql etmək yasaq idi. Lakin Ömər dönəmindən sonra hədis
toplama qonusunda əskidən olan ciddiyət zəiflədikdən sonra saxta hədislər
üzərinə ixtilaflar da böyüməyə başlayaraq İslami bütünlük parçalanma sürəcinə
girdi. Saxta hədislər müsəlmanları bir-birlərinə qarşı qoydu. Bu saxta hədislər
ortaya çıxmadan öncə müsəlmanlar Qurana dayanaraq bir-birlərinin yanındaydılar.
Saxta hədislər səhabiləri bilə qarşı-qarşıya gətirdi. Bu saxta hədislər dörd
xəlifəni və səhabilərdən kimilərini kafir olaraq nitələyirdi. Saxta hədislərə
dayanaraq Əbubəkir və Öməri qəsbkar, Osman və Əlini qüsurlu olaraq görmüşlər. Saxta
hədislərə dayanaraq bir firqəyə qatılanlar yenə də başqa bir saxta hədislə eyni
firqəni İslam düşməni olaraq dəyərləndirirdilər. Saxta hədislərlə firqələrin təşkil
edildiyi zaman azadlıq hələ mövcud idi. Can qorxusu olmadan hər kəs firqəsini
dəyişdirə bilirdi. Bu saxta hədislər Öməri Fatimənin qatili edəcək düzeydə
irəlilədi. Əlini də ömrünün sonuna qədər Öməri lənətləyən şəxs kimi təsvir etdi.
Lakin ortada bu soru yanıtsız olaraq qalır ki, nədən Əli öz qızını qadınının
qatili olan Ömərlə evləndirdi? Ya da nədən Əli öz sevimli oğullarını Əbubəkir
və Ömər adları ilə şərəfləndirdi? Allahın aslanı ləqəbini alan Əli Ömərdən
qorxurdumu? Deyəlim ki, Əli Ömərdən qorxaraq qızının onunla evlənməsinə izin
vermiş. O zaman nədən Ömərin vəfatından sonra dünyaya gələn oğullarına Ömər və
Əbubəkir adları taxmış? Şiələr çarəsizlik üzündən Ömərin Əlinin qızı Gülsümlə
evlənməsinə “Gülsüm qəsb edilən əhli-beyt haqlarından idi” kimi komik ifadə ilə
bəraət qazandıracaqdılar. Bu ifadələri ilə də Əlini bir qorxaq olaraq tanıtdılar.
Qorxusundan qızını xanımının qatili ilə evləndirən Əli! “Bütün dünya üzərimə
qılıcla yürüsə zalimdən yana olmaram” söyləyən Əlini şiənin bu biçim qorxaq
göstərməsi nə qədər doğru ola bilər? Osmanın üzərinə neçə kərə bağıran Əli
oğulunun adını qorxusundan Osman qoymazdı. Əbubəkir və Ömər də onun görüşünü
alaraq Əlinin məsələhətlərini digər səhabilərin fikirlərinə yeyləmişlərdi.
Bu hədisləri nəql etməkdən amac
səhabilərin bir-birlərinə qarşı sayqılı olduqlarını göstərməkdir. Səhabilər də
düşünən insan idilər. Düşündükləri üçün fikir müxtəlifliyindən daha normal bir
şey olamaz. Lakin bu fikir ayrılığı seçkin səhabilərin bir-birlərinə qarşı sərt
çıxışları anlamında deyildi. Daha sonra müsəlman olanlar səhabilər arasındakı
səliqə və görüş ayrılığını düşmənlik düzeyinə yüksəltdilər. Onlar Əbubəkir və
Ömər zamanında Mədinədə saxta hədis uyduramayacaqlarını anlamışdılar. Ancaq Osman
zamanında ortaya çıxan qətiətsizlik ortamından yararlanaraq Mədinə və Məkkə
kimi mərkəzi şəhərlərdən uzaqlaşdılar. İslam ölkələrinin Şərq və Qərb
tərəflərinə yayılaraq saxta hədislər düzəldib yayqınlaşdırmaya başladılar. Bilindiyi
üzrə Osman zamanında ortaya çıxan fitnələr mərkəzdə deyil, Şərq və Qərbdə
meydana gəlmişdi. Din, səhabilərin qalabalıq olaraq yaşadığı mərkəzlərdən
uzaqlaşdıqca fərqli içərik qazanaraq hər bölgənin kültür və törələrindən
etkilənirdi. Böylə ki, Mədinə müsəlmanları ilə Sasani ölkələrinin müsəlmanları
bir-birlərindən fərqlənirdilər. Sasani ölkələrində məcusi və yəhudi baxışlar
İslam ilkələrini təhrif edirdilər. Qərbdə də xristianlıq, yəhudilik və
nəsturilik inancları İslamı kəndilərinə bənzədirdilər. Bu yeni müsəlman olanlar
bir yandan ərəb dilini bilmir, digər yandan da Quranın tərcümə edilməsi
gələnəyi hələ başlamadığından hədis nəql edənlərin şifahi olaraq söylədikləri İslam
olaraq qəbul edilirdi. Özəlliklə bu hədisbazlar firqə yaratmaq üçün hədis nəql
edirdilər. Bu üzdən hədis kitablarında bə´zən hədislərin çoxu tam ziddiyətlidirlər.
Böylə ki, bu saxta hədislərə dayanaraq iki bir-birini inkar edən görüşə varmaq
mümkündür. Hansısa bir səhabinin kafir və mömin olmasına bu saxta hədislərlə
inanmaq mümkündür.
Bu yalançı hədis müsəlmanları ərəb
dilini öyrəndikdən sonra Əlinin imaməti ilə ilgili Quranda heç bir ayətin
olmadığını gördüklərində Quranın təhrif edildiyini və Əliyə aid ayətlərin
oradan çıxarıldığını iddia etdilər. Onlara görə Quran 17, 000 ayətdən ibarət
idi. Ayətlərin sayını artırmaqla Əli və oğullarına aid olan ayətlərin Qurandan
çıxarıldığını, Quranın bu şəkildə təhrif edildiyini iddia etmək qolay olacaqdı.
O zaman “nədən Allah bu mövzunu açıq bir şəkildə bəyan etməmiş? Yüz minlərcə
səhabi, Quran katibləri və hafizləri yalançı çıxarkən, hədisbazların haqlı olması
necə mümkün ola bilər?” deyə sormaq gərəkir. Böylə anlaşılır ki, heç bir səhabi
Əlini sevməmiş və onunla ilgili ayətlərin Qurandan çıxarılmasına göz yummuşdur!
Bəlkə Allah da Əli kimi qorxusundan Quranda Əli ilə ilgili ayətləri açıqca
yerləşdirməmişdir! Əlinin öz sözləri də xəlifənin Tanrı tərəfindən
bəlirlənməsini deyil, xalq tərəfindən seçilməsi gərəkdiyini göstərməkdədir. Əli
“Xəlifə olmaq istəmirdim. Sizin israrlarınız üzərinə xəlifə oldum. Sizin
görüşünüzü almadan heç bir iş etməyəcəyəm. Sizin mallarınız mənə əmanətdir.
Lakin sizin görüşünüz olmadan ondan bir dirhəm də almayacağam”[4]
demişdi. Əlinin bu ifadəsi də xəlifənin Tanrı tərəfindən bəlirlənməsini deyil,
xalq tərəfindən seçilməsi gərəkdiyini göstərməkdədir. Xalqın seçim iradəsinə
qarşı hər tür xəlifə bəlirlənməsi haramdır.
Şiənin tarixində maraqlı olaylar
ortaya çıxmışdır. Şiə öncə bu hədisi uydurub sonra rədd etdi. Rədd etməsinin
səbəbi var idi. Çünkü Tövrat və İncil kimi Quranın təhrif edilmədiyi görüşü var
idi. Şiə çıxmaza girmişdi. Əli ilə bağlı hədisləri qəbul edib və Quranda Əliyə
aid ayətlərin təhrif edildiyini qəbul etsəydi, o zaman Quran da bütünüylə
Tövrat və İncil kimi təhrif edilmiş vəhylər cərgəsinə girəcəkdi. Lakin Səfəvi
dövrünün ən böyük hədis naqili Məclisi
və şiənin dörd kitabının birinin müəllifi olan Şeyx Kuleyni bu hədisləri səhih
olaraq qəbul edər və Quranda Əliyə aid açıq və möhkəm ayətlərin təhrif
edildiyini savunarlar. Kuleyni bu hədisi Muhəmməd ibni Yəhya Ələttar adı ilə
məruf olan Muhəmməd Yəhyadan, o da Nəcaşi Əhməd ibni Muhəmməd İsadan, o da Əli
ibni Hekəmdən, o da Hişam ibni Salim, o da Cəfər sadiqdən duyduğunu söylər.
Doğru İslami yolda olduğunu savunan
şiilik dini Peyqəmbərin ən yaxın əhli-beytindən öyrəndiyini iddia edər. Əhli-beyt
də şiəliyə görə Əli, Peyqəmbərin qızı Fatimə və onlardan törəmələrdir.
Peyqəmbərin qadınları əhli-beyt hesab edilmir! Mövzunu çox uzatmaq istəmirəm.
İlk hədis ravilərinin yəhudilər və məcusilər olduğu bir gerçəklikdir. İstər
şiə, istərsə sünni cəbhəsində olsun hədis raviləri yəhudi və iranlı və iranlı
yəhudilər olmuşlar. Bu üzdən farslar İskəndəri nəcis gördükləri kimi, Öməri də
nəcis olaraq görərlər. Çünkü hər ikisi də onların dövlətlərini devirmişdi.
Şiənin Ömər haqqında rəvayət etdiyi hədislərə baxıldığında insan ilk öncə
Peyqəmbərin şəxsiyətinə şübhə ilə yanaşmaq istəyir. Gerçəkdən şiənin dediyi
kimi Ömər bu qədər alçaq və nəcismişsə, nədən İslam Peyqəmbəri böylə bir
nəcisin qızı ilə evləndi? Nədən Peyqəmbər böylə bir nəcisi ən yaxın və
güvəndiyi arxadşlarının içinə aldı?
Diqqət edilərsə, bütün şiə-sünni
hədislərinin kökəni Qurana deyil, Tövrata dayanmaqdadır. Tövratdakı 12 şah
şiəlikdə 12 imam olaraq keçər. İmamlıq anlayışının kökəni bir yandan da İslam
öncəsi Sasani kültürünə dayanmaqdadır. Peyqəmbər soyunun qutsallığı ilə Sasani
döllərinin qutsallığı özdeşləşdirilir (eyniləşdirilir). Həm Sasani şahlarının
dölləri, həm Əlinin dölləri məsum və lədun*
elminə sahibdirlər. Zərdüştlükdə seçkin siniflər qutsal qandan və qutsal
döllərdən törəmişlər. Bu biçim törəmə şəkli şiəlikdə öz yansımasını bulmuşdur. İran
zərdüştiləri kəndi şahları haqqında aşırı qutsamalara vararlar. Bu aşırılıq 12
imam anlayışına yüklənmişdir. Sasani şahları xəta etmədikləri, yanlış
davranmadıqları kimi, 12 imam da xəta etməz, yanlış yapmazmışlar! Zərdüştilikdə
yayqın olan bu görüş şiə ideolojisinin doğuşunda çox etkili oldu. Sırf
zərdüştilikdən qaynaqlanan səbəblərdən dolayı şiələr də seyyidlərin üstün
irqdən olduqlarına inanarlar. Bu üzdən məcusi ölkələri şiələr üçün güvənilir
ölkələr oldu, şiəlik bu ölkələrdə öz ideolojik yapılanma sürəcini tamamladı.
İranın əhli-sünnəti bilə fasiq və əxlaqsız olan seyyidlərə sayqı ilə
yanaşarlar. Bir halda ki, Mədinədə öylə bir durum söz qonusu olmamış və Haşimi
soyu ilə digər soylar arasında heç bir fərq olmamışdır. Ən mühafizəkar olan
xəvarix firqəsində insanlar soyuna görə deyil, təqvasına görə səciyyələnir və
ərəblə ərəb olmayan arasında fərq yox idi.
Şiə və sünnilikdən öncə əbazi
məzhəbi ortaya çıxmışdı. Bu üzdən əbazilik Quran və ağılla çəlişməz, ya da
istisna durumlarda çəlişər. Ancaq şiə Quran və ağılla açıqca çəlişərək Quranın
dışına çıxmışdır. Şiəlik qədər olmasa da, sünnilik də qismən Quranla çəlişməkdə,
qarşı-qarşıya gəlməkdədir. Lakin heç birisi Əbaziyə qədər Qurana yaxın
deyillər. Çox ilginc olan da şiənin dörd kitabını yazanların hamısının iranlı
olmasıdır. Çoxu da qumludur. Şiənin iddialarının tərsinə olaraq İslamda ilk
məzhəb əbaziyəlikdir, şiəlik 600 il ondan sonra hələ öz fiqhi kitablarını tamamlamamışdı.
Iranlıların bə´zi səhabiləri lənətləmələri onların maddi-siyasi mənafelərinə
xidmət edir və dini həqiqətlə heç bir bağlantısı yox idi. İslamda yeri olmayan
“təqiyyə” də bir şiə uydurmasıdır. Hədəfləri şiə görünməkdən çəkinərək bir
yerlərə gəlmək və gərəkdiyində də İslama zərbə vurmaq idi. Tövrat əksənli
düşünən Təbərinin kitablarını oxuyan oxucu Əbubəkir, Ömər, Əli, Osman, Fatimə,
Aişə və hətta Peyqəmbərdən şübhələnməyə başlayır. Çünkü bu kitab bir yerdə
Peyqəmbərin bilgəliyini yazarkən, digər yerdə Peyqəmbərin öz süt bacısı ilə
evlənmək istədiyini yazmış. Lakin başqaları süt bacı ilə evlənmənin doğru
olmadığını anlatdıqdan sonra Muhəmməd bu evlilikdən vaz keçmiş! Ən ilginci də
Təbərinin Quran təfsiri üzərinə yazdığı kitabı ilə tarix kitabının tam olaraq çəlişməsidir.
Təbərinin yazdıqlarını doğru qəbul edən kimsə İslama heç bir sayqı göstərə
bilməz.
Bütün hədis və tarix kitablarında bu
kimi ziddiyətlər vardır. Nədən yazarlar bu ziddiyətləri yazıb sonra sanki heç
bir şey olmamış kimi üzərindən rahatca keçmişlər. Bir yerdə bir qonunun
doğruluğunu yazdıqları halda digər yerdə o qonuya uyqun olmayan mətləbin doğru
olduğunu yazmışlar. Sanki daha öncəki mövzunu yazmamışlarcasına ikinci mövzuya
keçmişlər. Ən önəmli soru budur: Peyqəmbər və arxadaşlarını bu qədər qüsurlu
göstərdikləri halda nədən kəndiləri müsəlman olmuş və müsəlman qalmışlar? Bu kimi
tarixçi və hədis rəvayətçiləri bütün firqələr arasında mövcud olmuşdur. Çox
gözəl üslubla firqələr düzəldib qarşı-qarşıya qoydular. Ələvilər Abbasilərə,
Misir İraqa və Ələzhər Nizamiyə mədrəsələrinə qarşı çıxdı. Muhəmməd və onun
səhabiləri dirilsə bilə, bu firqələr arasındakı ixtilafları çözəməzlər. Əbubəkiri,
Öməri və Osmanı qəsbkar görərək lənətləyən və Aişəni zina etməkdə suçulayan şiə
Əbubəkiri siddiq, Öməri faruq, Osmanı zinnureyn və Aişəni möminlərin anası
olaraq görən sünni ilə necə anlaşa bilər?
Bu sualı sormaq gərəkir: Şiənin
anlatdığı kimi bu səhabilər bir-birlərinə qarşı bu qədər kin bəsləyirmişlərsə,
o zaman nədən bir-birlərinin qızları ilə evlənmişlər? Ya da nədən
bir-birlərinin oğullarını evladlıq olaraq görmüş və onlara bu gün lənətlənən
səhabilərin adlarını vermişlər? İslamın ilk çağlarından uzaqlaşdıqca bu
ixtilafların daha da dərinləşməsinə və
nifrət fışqıran hədislər sayısının artmasına tanıq oluruq. Necə ki, Büveyhlilər
və Abbasilər kimi ələvilər daha sonra ortaya çıxan İsmaililər, Fatimilər və
Səfəvilərlə qarşılaşdıqlarında daha ılımlı olmuşlar. İlk şiə qruplar xəlifələrə
və sünnilərə qarşı ılımlı davranırkən, son şəkillənmə sürəcində şiəlik ilk üç
xəlifəyə qarşı nifrət və kin qusmağa başlamışdır. Şiənin ilk dönəm tarixi
incələnərsə, bu məsələ aydınlığa qovuşar. Yaqubi və digərləri Əbubəkir və Öməri
sayqı ilə anımsamaqla bir yerdə Əlinin və evladlarının da imamlığını qəbul
etmişlər!
Ayrıca, şiəliyin şəkillənmə
sürəcində “imam” qavramına farscada fərqli anlam yükləmişlər. Örnəyin Əbuhənifə
də imami-ə´zəm adlanır. Lakin buradakı imam qavramı şiədəki ilə eyni anlamda
deyildir. Ərəb dilində imam öncül və öndər anlamında ikən, fars dilində “imam”
Tanrı ilə dirək ilişkidə olan və “təkvin vilayətinə” sahib doğaüstü şəxs kimi
tanınır. Təkvin sadəcə Allaha xas ikən şiədə imamlar da bu qüdrətdən
bərxurdardırlar.
Şiə, dolayısıyla əsasda Peyqəmbəri
suçlamaqdadır. Çünkü şiəyə görə İslama ən çox zərər verən Aişə olmuşdur. O
zaman Muhəmməd də Aişə kimi bir fitnəci ilə evləndiyi üçün xətalı və suçlu
olaraq görünür. Şiənin “peyqəmbər xəta edər, ancaq imam xəta etməz” kimi görüşü
də bu suallara cavab verə bilmədiyi üçün meydana çıxmışdır. Şiənin bu qonuda
heç bir tutarlı açıqlaması yoxdur. Örnəyin “Muhəmməd Əbubəkirin varsıllığı
üzündən Aişə ilə evlənmişdir” kimi şiə açıqlaması daha da Muhəmmədin məqamına
saldırıdır. Peyqəmbər burada da zənginlik düşkünü kimi göstərilir. Bir halda
ki, Aişə Muhəmmədlə evlənmədən öncə Əbubəkir müsəlman olmuşdu. Başqa yerdə şiə
Əbubəkirin varsıl kişi olduğunu, zənginliyi, malı və canı ilə İslama xidmət etdiyini
də tamamən inkar edər! Muhəmməd Əbubəkirin parasına görə onun qızı ilə
evlənmişsə, o zaman o, necə peyqəmbər imiş? Burada Muhəmməd imanını və dinini
paraya və qadına satan şəxs kimi görünməzmi? Böylə peyqəmbərlik şərəfimi olur?
Bu arada Əli üzərinə ideoloji sərmayə yatırmaya başlayırlar. Muhəmməd kimi
zənginlik qarşısında biri ilə evlənmədiyi üçün Əli daha da ululaşdırılır! Şiənin
görüşünə görə Əli Peyqəmbər kimi aşağılayıcı evliliklərdə bulunmamışdır. bə´zi şiə
aşırıcılarının Əlinin məqamını Muhəmməddən daha üstün bilmələrinin də səbəbi
budur. Əlinin qadınları içində Aişə kimi fitnə çıxaran biri olmamışdı. Əlinin
dini və siyası hədəflərinə ulaşması üçün Muhəmməd kimi yanlış və çıxarcı
evliliklər yapmadığı üzərində dururlar. Bu, şiə təriqətlərinin görüşüdür. İlk
çağ şiələri daha az aşırıcı davransalar da, lakin bütün şiə öbəkləri xristian,
yəhudi və məcusilərlə irtibatda olduqlarından dolayı Əli və oğulları haqda
aşırıcı tutum sərgilədilər.
Cadu elminin qaynağını Midiya
muğları və zərdüştilərinə bağlarlar. Şiəlik də bu tarixi kültür ortamında
olqunlaşdığı üçün o özəlliklərin hamısını 12 imama yüklədilər. İran və Batı
şiələri arasında fərq var idi. Şah İsmayıl hökümət qurub şiəliyi rəsmi dövlət
ideolojisi etdiyində İranda şiə bilgə və alimi yox idi. Şiə alimlərini Lübnanın
güneyindən İrana gətirdilər. Bu sırada bə´zi türk-şaman inancı da şiəliklə
iç-içə girdi. Köçəri türklər İslamiyəti farslardan öyrənmişdilər. Bu üzdən
öyrəndikləri içində yer alan zərdüşti və məcusi etkənlərini də İslam olaraq
sanıb qəbul etmiş və öz şamançılıq xatirələrini də qismən bu İslam anlayışına
yükləmişdilər. Məcusiliyin türkləri etkilədiyini bir çox yayqın adlarda da
görmək mümkündür. Hələ də Mərkəzi Asiyada şiə türklərin adlarında tanrısallıq
çağrışdıran xurşid, sərbülənd, kimi adları görmək mümkündür.
Səfəvilərdən öncə şiələr sünnilərlə
çox da tərs deyildilər. Farslar sayqı duyduqları şəxslər haqqında quluvv (aşırı
mədh) etməyə alışmışlar. Kərbəla olayı ilə ilgili iranlıların yazdıqlarına baxılırsa,
bu quluvva tanıq olmaq mümkündür. Kərbəla haqqında yazılan fantazi məktublarına
baxılırsa, bu sual ortaya çıxır ki, 72 kişidən oluşan Hüseynin adamları bir
günün içində necə olmuş da düşmən ordusundan o qədər insan öldürə bilmişlər? İranlılar
ta əski çağlardan kəndi böyüklərini məsum və haqlı bilmişlər. Onlar heç bir
yanlışlığa yol verməzmişlər! İranlılar kəndi böyüklərini məsum və xətasız
olaraq görməyənləri bəri başdan rədd edər, cahil, alçaq, nəcis və abtal olaraq
görərdilər. Onların böyüklərini məsum görməyənləri ələşdirməkdə də aşırılığa
varardılar. İranlılar həm də qutsal dölə inanardılar. Sırf bu üzdən imamət məsələsi
İslam tərəfindən deyil, iranlılar tərəfindən irsiləşdirilmişdir. Əski Sasani
kültürü və inanc şəkli imamət adı ilə yenidən şəkillənmişdir. Yəni irsi imamlıq
bir İslam olqusu deyil, tam əski Sasani kültürünün yenidən dirilişidir. Bu
görüş isna-əşəri, zeydiyə, ismaili, fatimi, nəzari kimi bütün firqələrdə yerləşmişdir.
Komik inancları var hamısının və hökümətin ancaq Fatimə soyundan gələnə aid
olmasına inanarlar. Başqa birisi nə qədər təqvalı olsa da, Fatimə soyundan
olmasa, onun ləyaqətinin anlamı yoxdur! Fatimə soyundan olmayan bütün hökümət
qurucuları qəsbkarmışlar. Bu qonuyla ilgili Sasanilərin və yəhudilərin
gələnəklərini incələyə bilərsiniz. Sasanilər kəndilərini qutsal dölə, yəhudilər
də kəndilərini peyqəmbərlər soyuna bağlarlar.
Hindlilərin də dini görüşləri
incələnirsə, çağımız şiəsinin İslamla bağlantısının olmadığı, Hind
zərdüştliyinin bir altküməsi olduğu ortaya çıxar. Yəni şiəlik yəhudiliyin, budismin,
Sasani gələnəyinin və zərdüştiliyin ortaq birəşimi kimi meydana çıxmışdır. Çünkü
şiələr də Sasani gələnəyi kimi, Allaha qul olmaq yerinə, seçkin insanlara qul
olarlar. Sasanilər zamanında qutsal döl sayılan şahlara qul olma gələnəyi
şiəlikdə yenə də qutsal döl olan imamlara və seyyidlərə qul olma kultuna
dönüşdü. Şiəlikdəki Allah yerinə, imam və seyyid adlı bəndəyə qul olma gələnəyi,
şahlara qul olmaya alışan iranlılar tərəfindən uydurulmuşdur. Sırf bu üzdən də
Allah İblisi uçmaqdan (cənnətdən) uzaqlaşdırdığı kimi şiələri də Ərəb
yarımadasında iqtidara gəlməkdən ömürlük olaraq uzaqlaşdırmışdır. Nədən? Çünkü
şiələr bir ay bilə olsa höküməti əldə tutsaydılar, Kə´bə yenə də bu dəfə sadat
bütlərinin bütxanəsinə dönüşəcəkdi. Örnəyin Kə´bə, İbrahimi olmaq yerinə, Perspolisə
bənzəyəcəkdi.
Bu arada xəvaric haqqında tarixsəl
gerçəyi bilməmizdə yarar var. Heç bir xəvaric firqəsi höküməti soyla
bağlantılaşdırmamışdır. Xəvaricə görə soyundan, irqindən və cinsindən asılı
olmayaraq işi bilən, işin uzmanı olan təqvalı kişi hökümətin başında dura
bilərdi. İlk kəz olaraq xəvaric firqələrindən bəziləri qadınlara da xilafət və
imamət haqqı tanıdılar.
İmamları qutsamaq fars-türk
gələnəyindən gəlməkdədir. Farslar səltənət məqamını bir oğuşa (ailəyə), ya da
soya verilən Tanrı lütfü olaraq görürdülər. Bu üzdən irsə dayanan imamlıq
qurumunu dərhal qəbul edib qutsadılar, çünkü bu, onların tarixsəl sosial psikolojilərinə
uyqun idi, qəbullənməsi zorluqla qarşılanmırdı. Türklər də ərəb dilini
bilmədikləri və farslarla qonşu olduqları üçün bu İslam anlayışını farslardan aldılar.
Onlar da imamları qutsamaqda və məsum görməkdə farslar kimi aşırılığa
yuvarlandılar. Hər kültürdə sərvərləşdirmə etmənləri söz qonusu olar. Ərəblər
kəndiləri də Muhəmməddən sonra üstün soy olma xülyasına qapıldılar. Ərəb
qövmləri arasında Qureyş, Qureyşin alt boyları arasında Bənihaşim boyu və
Bənihaşim boyu arasında Muhəmmədə ən yaxın olanlar kəndiləri ilə övünmə
psikolojisini gəlişdirdilər. Onlar da kəndi üstünlükləri ilə ilgili digərləri
kimi saxta hədislər uydurdular. Bu saxta hədislərə görə xəlifə Qureyş; Bəniüməyyə, Bənihaşim və bəniəli (Əli
oğulları) boylarından olmalı idi! Nədən Əli törəmələri yəhudilər kimi
kəndilərini ata tərəfindən deyil də, ana tərəfindən Muhəmmədə bağlamağa
çalışdıqları da cavabsız qalan sorular arasındadır. Peyqəmbərin oğlu olmadığı
üçün Muhəmmədin Tanrısına şükr etmək gərəkir. Bəniabbas da dədələrinin Muhəmməd
və Peyqəmbər əhli-beytinə yaxın olmaları ilə ilgili saxta hədislər uydurdular. Saxta
hədis törədə bilməyən ravilər Abbasilər dönəmində işkəncə edilərək həbsə
atıldılar, ya da ev tutsağı yaşamı yaşamaya məcbur edildilər. Diqqətləri çəkən
önəmli bir qonu var. Əməvi və Bənihaşim soyundan olan böyük alimlər və bilgə
dindarlar bu kimi hədislərə inanmaz və rəvayət etməzdilər. Əməvilərdən Ömər
ibni Abduləziz, Müaviyə ibni Yəzid və haşimilərdən Hüseyn və Səccad,... bu
örnəklərdəndir. Bu qonuda ərəblər Xums ayətində zilqurba sözünün onları
anlatdığını iddia edəcək düzeydə irəli getdilər. Bunun doğruluğunu isbatlamaq
üçün hədislər də uydurdular. Böyləcə zəhmətsiz gəlir qaynağı əldə etdilər.
Çünkü beşdə bir şiə xalqının malı seyyidlərə aidmiş! Müqəddəs Ərdəbili kimi bə´zi
şiə bilgələri qeybət dövründə xumsun alınmasını haram saysa da, kimsə aldırış
etmədi. Quranda keçən xums qavramı, hətta saxta seyiidlər üçün də əməksiz gəlir
qaynağına dönüşdü. Tarix və Quran üzərinə bilgisi olan hər kəs Muhəmmədin
Məkkəni fəth etdikdən sonra əhaliyə xitab etdiyi xutbə haqqında məlumatlı
olmalıdır. Peyqəmbər bu xutbəsində İslamdan öncə yayqın olan soyla iftixar etmə
duyqusunu Allahın əmri üzərinə ibtal etmişdir. Ayrıca, Quranın Hücərat
surəsinin 13-cü ayəti açıqca soyçuluğu məhkum edərək bireyləri təqvalarına görə
dəyərləndirər.
Əhzab surəsinin 40-ci ayətində bu
qonu, özəlliklə vurqulanmışdır. Ayətdə deyilir: “Muhəmməd,
sizin kişilərinizdən heç birinin atası olmamışdır və deyildir. Fəqət Allah’ın
elçisi və peyqəmbərlərin sonuncusudur. Allah, hər şeyi ən yaxşı biləndir.”
Ayətdə görüldüyü kimi açıqca Muhəmmədin Qureyşdən, Bənihaşimdən, Əli
oğullarından kimsənin atası olmadığı anlaşılmaqdadır. Sadəcə Tanrının son
elçisi olaraq göndərilmişdir. Ayrıca, tarix kitablarından da bilindiyi üzrə Muhəmməd
son həccdən dönərkən “Ey ərəb, İslamda hər kəs eşitdir. Hər kəs eyni ölçüdə
Adəm və Həvva evladlarıdır. Ərəbin əcəmə, əcəmin ərəbə heç bir üstünlüyü
yoxdur. Hər kəsin üstünlüyü Tanrıya olan təqvasına görə ölçülür” demişdir. Bu
rəvayətin davamında “Allahın yanında soy kimliyinizi deyil, yaxşı əməllərinizi
mənə gətirin, ey insanlar fikrimi ulaşdıra bildimmi?” deyə sorduğunda bütün
müsəlmanlar “əvət” deyə yüksək səslə bağırmışlar. Bu uzun rəvayətdə Muhəmməd
irq və qan bağı ilə övünməyi anlamsız olaraq duyurmuşdu. Daha sonra “Maidə
surəsinin üçüncü ayətini oxumuş: “Bu gün sizin dininizi kamil etdim və
üzərinizdəki nemətimi tamamladım.” Ancaq şiənin iddiasına görə, bu ayət məşhur
“mən kimin mövlasıysam, Əli də onun mövlasıdır” hədisindən sonra enmişdir! Lakin
şiənin bu iddiası yanlışdır. Kəndisi şii olan Yaqubi bilə bu ayətin adıkeçən
xutbədən sonra endiyini yazar. Bütün bunlar Peyqəmbərin soyla bağlı heç bir
görüş açıqlamadığını göstərir. Şii və sünnilərin ortaq qəbul etdikləri “mən hər
bir təqvalı insanın cəddiəym” hədisi də bunu açıqca isbatlamaqdadır. O zaman
Bənihaşim və ya digər ərəb qəbilələri “zilqurba” anlayışını kəndiləri ilə necə
bağlantılaşdıra bilmişlər? Öylə ki, Şafei də bu xətaya düşmüş və xumsun (mal
varlığının beşdə biri) bir qisminin Əli soyundan gələnlərə verilməsindən yana
görüş açıqlamışdır! Əbuhənifə “ziqurba (Peyqəmbər yaxınları) öldüklərindən
dolayı xums ayətdə deyildiyi kimi, yolda qalmışlara, yoxsullara və bu kimi
insanlara verilməlidir” demişdir. Digər alimlər də bu qonuda ya Şafei və şiə
kimi davranmış, ya da Əbuhənifə kimi düşünmüşlər. Yalnız xəvaric “zilqurba”
anlayışını Peyqəmbərə soyca deyil, əxlaqca yaxın olanlar kimi yorumlamışdır. Ərəbcəni
bilən hər kəs zilqurba qavramının qan və soy yaxınlığını deyil, əxlaqsal
yaxınlığı ifadə etdiyini anlar. Hətta şiənin iddiasının tərsinə imamlar da
peyqəmbərlə olan soy və qan bağları üzərinə deyil, əxlaq bənzərlikləri üzərinə
durmuşlar.
İslamın böylə
gerçəkliyindən qaçmaq mümkün olmadığından soy ilişkisi üzərinə seyyidlər,
qureyşlilər və digər boylar saxta hədislər uydurmaya başlamışlar. Peyqəmbərin
zamanında Quran hafizi və qarisi olan bir çox səhabilər bu yalanları qəbul
etmədilər. Yolun ilk başında yollarını ayrılaraq xəvaric adı ilə məşhur
oldular. Bu xəvaric Əliyə qarşı çıxan xəvariclə qarışdırılmamalıdır. Buradakı
xəvaricdən amac əbaziyədir. Həm Əli öncəsi və həm də Əli sonrası yollarını
ərəblərdən ayırdılar. Xəvaricin görüşünə görə xumsun (mal varlığının beşdə
birinin) soyca Peyqəmbərə yaxın olanlara aidiyəti olmamışdır, yoxdur. Onlar
xilafətin də Qureyşin təkəlində olmadığını savunaraq, hətta qadınların da
xəlifə ola biləcəklərini vurquladılar. İstər ərəb, fars, türk, ya da başqa
irqdən olsun təqvalı və iş bilən hər kəs onlara görə xəlifə ola bilərdi. Ağlı
başında olan hər kəs bunu açıqca bilməlidir ki, soy kimliyini önə çıxaran kişiyə
Peyqəmbər deyil, hoqqabaz söylənər. Peyqəmbər haqqında bu saxta bilgiləri daha
sonra bir ovuc saxtakarlar ortaya qoydular. Bu saxtakarlar genəldə yəhudi, ərəb
irqçiləri və farslar olmuşlar. Onların söylədiyi yalanlar Quran mətni və ağılla
çəlişməkdədir.
Quranda xilafət və
ya imamətlə ilgili heç bir bilgi yoxdur. Peyqəmbərin vəfatından sonra Quranda
bir əksiklik varmış kimi, bu qonuda saxta hədislər uyduraraq Qurandakı əksik
bilgiləri gedərməyə çalışdılar! Örnəyin şiə bu şəkildə bir yalan uydurmuşdur:
“İbni-Məsud deyirdi ki, biz “Maidə” surəsinin 67-ci ayətini Peyqəmbər zamanında
“Ey Peyqəmbər, sənə nazil olanı duyur və Əlinin möminlərin mövlası olduğunu
bildirmiş ol, yoxsa görəvin yarım qalar” şəklində təlavət edirdik.” Ayətin əsli
isə bu şəkildədir: “Ey peyqəmbər, Rəbbindən sənə endiriləni duyur. Bunu etməzsən,
o təqdirdə O’nun sənə göndərdiyini duyurmamış olarsan. Və Allah səni
insanlardan qorur. Allah, kafirlər qövmünü hidayətə ərdirməz.” Ya da Şiənin uydurduğu
“Qədiri-xum” əfsanəsi də bunun bir bənzəridir. Heç bir tarixçinin Qədir-xum
olayına işarə etmədiyi və yalnız şiə hədislərində bu əfsanənin yer almasının
səbəbi bəllidir. Qədiri-xum adı altında irqçiliyi İslama soxmağa çalışmışlar. Qədiri-xum
əfsanəsini də genəldə yenicə müsəlman olmuş farslar uyudurmuşlar. Bu saxta
hədisin rəvayətçilərinin çoxu ya iranli yəhudilər, ya da məcusi farslar
olmuşlar. Gerçəkdən “Qədiri-xum” adında bir macəra olmuş və Peyqəmbər Əlini
varisi seçmişsə, nədən xəlifə seçimindəki Səqifə olayında hətta bir tək səhabi
də ona işarə etməmişdir? Əcəba Qədiri-xum olayında Peyqəmbərin yanında bulunan və
sayıları 120 min cəvarında olan bütün səhabilərin hamısı, hətta Əbutaliboğlu
Əlinin kəndisi də o olayı unudub yalancımı çıxdılar? Əli kəndisi də heç bir
yerdə Qədiri-xum olayına işarə edərək xilafətin bu hədisə görə onun haqqı
olduğunu bəyan etməmişdir. Lakin Peyqəmbərin vəfatından və İslamın geniş
coğrafiyalara yayılmasından sonra milli İslam uydurma fəaliyətləri ortaya
çıxmış və bu doğrultuda Sasani qalıqları farslar kəndi milli amaclarına xidmət
edən Qədiri-xum adında saxta və heç bir tarixi dayanağı olmayan əfsanə
uydurmuşlar. Qədiri-xum hədisinin saxta olmasına heç bir şübhə yoxdur. Çünkü
şiəyə görə imamət dinin əsaslarından biridir. Dinin əsasları Quranda açıqca
anlatılırkən, nədən imamət haqqında bir tək yerdə də işarə yoxdur? Allah imamət
məsələsini açıqca bəyan etməkdənmi qorxmuş?!
İran şiələri İraq
və Lübnan şiələri ilə müqayisədə daha çox aşırıcı olmuş, xəlifələrə,
Peyqəmbərin eşlərinə və digər səhabilərə saldırmaqda sayqı sınırı tanımamışlar.
Öylə ki, əzana da Əlinin vilayət məsələsini soxuşdurmuşlar. Hətta bir çox şiə
aşırıcılarında Əlini övmənin yanı sıra digər üç xəlifəyə lənət göndərmək ibadət
sayılmaqdadır. Ancaq işin ilginc olan tərəfi budur ki, şiənin bütün imamları, o
cümlədən imam Hüseyn məktublarında raşidin xəlifələrə rəhmət oxumuşdur. Şeyx
Səduq kimi bə´zi şiə alimləri Əlinin vilayəti üzərinə bəyanda bulunanları
lənətləmişdir.[5] Çağımız
şiələrinin e´tiqadı onların dörd hədis kitabları ilə də uyqun deyildir. Ayrıca,
bu dörd şiə hədis kitabları da bir-birləri ilə çəlişməkdədir. Bir kitab
digərinə qarşıdır. Şiələrin əqidələri Sasani muğanı (muğları) kültürünün
yenidən İslam kültürü içində dirilişidir. Uydurulmuş mətnlərinə çox bağlı olan
şiələr bütün elmi və bilgiləri inandıqları on dörd məsumun təkəlində görərlər. Bu
üzdən bu çərçivə dışında düşünənləri təkfir edib və edirlər. Hədisin də me´yarı
fürqan (doğrunu yanlışdan seçən) olaraq nitələnən Qurandır. Quran məntiqi ilə
şiə hədislərini incələrsək, yalnız ikicə kitab toplamaq mümkündür. Çünkü bir
çox şiə e´tiqadı Quran mətni ilə tərsdir. Qurana tərs olan şiə e`tiqadından bir
qismini bu şəkildə sıralamaq mümkündür: Vüzu (dəstnamaz)dan başlamış, qəbirləri
ibadət amacı ilə ziyarətə, imamların, seyyidlərin və onların məzarlarının
kəramət sahibi olmalarına, olqunlaşmış hər bir şiənin mal varlığının beşdə
birini (xums) seyyidlərə ödəməsinə, peyqəmbərin və imamların qeybi bilmələrinə
və ləduni elmə sahib olmalarına, Əlini möminlərin valisi olaraq görmələrinə,
Əlinin haqqının öncəki xəlifələr tərəfindən qəsb edilməsinə inanmalarına qədər
hamısı Quran mətni ilə tərsdir. Özəlliklə seyyidlərə nəzr ödəmək katolik
keşişlərinin cənnət satmalarına bənzəməkdədir.
Şeyx Bəhai kimi şiə
öncüləri “Kəşkül” adlı kitabında əhli-beyt və imamlar möcüzələrinə və
kəramətinə inanmadığı üçün İbni-Sinanı cəhənnəmlik olaraq nitələr. Bu, sadəcə
İbni-Sina örnəyində görülməmişdir. Şiəliyin ölkədə yayqın oluşundan bəri hər
tür düşüncə dərhal söndürülərək qaranlığa gömülmüşdür. Öylə ki, imamlara
təvəkkül etmədən təbiblik etməyi əbtər və zəlalət adlandırmış, fəlsəfi
təfəkkürü tamamən söndürmüşlər. Şiə alimlərinin çoxu sadəcə İbni-Sinanı deyil,
Peyqəmbərin xanımı Aişəni təmiz olaraq görən bütün arifləri və sufiləri
qəbahətli olaraq görmüşlər. Örnəyin şiə, Mövlana Cəlaləddin Rumini və
əsərlərini nəcis olaraq nitələr, çünkü Mövlana Aişəni təmiz Peyqəmbər qadını
olaraq görmüş və “Məsnəvi”sində şiə şirkini tənqid etmişdir.*
Şah İsmayıl kimi
şiə şahlar və Səfəvi alimləri şii olmaq istəməyənləri nəcis olaraq görmüş və
onların qanını axıtmağı vacib bilmişlər. Bunun yanı sıra şiələr kəndi alimlərini
o qədər yüksəldirlər ki, onların görüşlərinə qarşı kiçik bir ələşdiri və
dəyərləndirməni də üsyan olaraq nitələyərək dərhal boğarlar. Çünkü şiəyə görə
onların alimlərinin görüşlərinə qarşı çıxmaq kafirlikdən başqa bir şey
deyilıdir! Onlara görə imamlar və şiə alimləri kimsənin bilmədiyi bilgiləri və
sirləri bilirmişlər! Bu görüş hələ də şiə bölgələrində ən aşırı şəkli ilə
yayqınlığını və hökmranlığını sürdürməkdədir. Vəliyi-fəqihə qarşı hər tür
dəyərləndirmə və ələşdiri qəbahət sayılır. Çünkü vəliyi-fəqih fəsl-ül xitab sayılmaqdadır,
yəni haqq ilə batili bir-birindən ayıra biləcək nitəlikdədir. Bu da ancaq
Tanrıya özgü bir durumdur. Səfəvilərdən sonra rəsmi görüş halına gələn şiilik hər
tür elmi düşüncəni söndürdü. Bəşər tarixinə bir tək cahanşümul düşünən
(İbni-Sina, Biruni, Farabi, ... kimi) alim sunulmadı. İslam elminin parlaq
çağları sünniliyin İranda yayqın olduğu dönəmlərə təsadüf etməkdədir. Azad
düşüncəli şii alimlər kəndiləri də daima qorxu içində yaşamışlar, çünkü şiilik
kəndi bilgələrinə də rəhm etməmişdir. Xumeyninin ustadı ayətullah Qazini və
ayətullah Mütəhhərini təkfir etdilər. Xumeyni kəndi görüşlərində ayətullah Qazi
və İbni-Ərəbinin görüşlərindən yararlandığından dolayı kafir olaraq duyuruldu. Ya
da Əli Şəriəti şiənin xurafi görüşlərini ələşdirdiyi üçün ayətullah Burucerdi
tərəfindən mürtəd olaraq duyuruldu. Nəvvab Səfəvi kəndi zamanındakı bir çox şiə
alimini təkfir etdi. Günümüz İranında da Abdulkərim Suruş, ayətullah Bürqəi,
Ağacəri kimi bir çox şiə alimləri təkfir edilmişlər. Bu baxış açısı düşüncə
adamının yetişməsi gərəkən bütün tarixi və sosial ortamı viran etmişdir. Sadəcə
şiə olmayan bölgələrdə şiə alimlər qorxuyla bir yerdə olsa da, kəndi fərqli
görüşlərini bəyan edə bilmişlər. Onların can güvənlikləri sürəkli təhdid
edilmişdir. Çünkü şiə hər tür ussal (rasional) görüşə qapısını qapamışdır.
Örnəyin Molla Sədra kökü Quranda və imamlar söyləmində olmayan hər tür fəlsəfi
bəyanı rədd etmişdir. Yalnız şii görüşləri yansıdan bilgiləri din fəlsəfəsi
olaraq qəbul etmişdir. Böyləcə ilk düşüncə təkfiri şiə ilə başlamışdır.
Əbazilikdə və sünni məzhəblərin bir qismində düşüncə təkfiri deyə bir durum söz
qonusu olmamışdır. Örnəyin sünni məzhəblərinin hakim olduğu dönəmlərdə Zəkəriyya
Razi kimi alimlərə toxunulmamışdır. Z. Razi tamamən mülhid olduğunu kəndisi
bəyan etsə də elmi işləri ilə uğraşmasına və həyatına əngəl tanınmamışdır. Ömər
Xəyyam, İbni-Sina və bir çox İslam alim və filosofları can güvənliyi sorunu ilə
qarşı-qarşıya gəlmədən düşüncələrini bəyan edə bilmişlər. Yalnız şiilər müxalif
görüşlərə sərtcə saldırmışlar. Örnəyin ismaili şiilər terorist idilər.
Təkfir təfəkkürünün kökəni iranlı
yəhudilərin və zərdüştilərin kültürünə dayanmaqdadır. Çünkü onlar kəndilərindən
olmayanı və kəndiləri kimi inanmayanları nəcis olaraq görürlərdi. Kəndi
kitablarında olmayan başqa nə varsa, hamısını əbtər adlandırırlardı. Bu üzdən
Sasanilər zamanında ermənilər, xristianlar və budistlər aşağılanır və
əzilirlərdi. İsraildə yəhudilər İsanının öldürülməsini istədilər. Şii e´tiqadı yəhudi
Təlmudun məktublarındakı görüşlərə bənzəməkdədir. Bu kimi görüşlər üzündən şii
e´tiqadı ilə şiə kitabları arasında çəlişkilər dərinləşdi. Şöylə ki, bə´zi yerlərdə
əhli-beyti beş kişi (Muhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn) olaraq bəlirlərkən,
digər qaynaqlarda Səlman da əhli-beyt üyəsi kimi göstərildi. Bə´zi qaynaqlarda
da Hüseyn oğlu Əlidən iranlıların və ərəb olmayanların tənqidində “Biz
əhli-beyt Qureyşdənik, bizim şiilərimiz ərəb və düşmənlərimiz əcəmdir” kimi
hədislər nəql edirlər.[6]
Başqa bir yerdə 14 məsumla kəndi aralarında soy bağı qurmaq amacııyla onun,
yəni şiənin 4-cü imamı Hüseynoğlu Əlinin eşini iranlı Şahduxt adında bir bayan
olaraq göstərirlər. Bu arada 4-cü imamın anası və Hüseynin qadını yəmənli bir
cariyə olmuşdur. Tehranda Hüseynin iranlı Şəhrbanu adında qadınının bir türbəsi
olduğunu iddia edirlər. Oysa bu türbə əski Sasani ilahəsi Anahitanın tapınağı
olmuşdur. Təbatəbai kimi bir çox şiə alimləri də Şəhrbanu əfsanəsinin yalan
olduğunu yazmışlar.
Farslar və bə´zi türklər öz batil
görüşlərinə legitimlik qazandırmaq üçün Quran mətni ilə qarşı-qarşıya gələn saxta
hədislərə ehtiyac duydular. İmamlardan imdad diləmək kimi şirk çağrışdıran
görüşlər ortaya çıxdı. Bir haldakı Quranın “yalnız Allahdan imdad dilənir” kimi
açıqca ayətləri vardır. İmamlardan başqa Əbulfəzldən və seyyidlərdən, seyidzadələrdən
imdad diləmək də şiə inancında yayqınlaşdı. Ancaq Quranda və Peyqəmbər
sünnətində böylə bir şey olmamışdır. Ühüd savaşında Peyqəmbərin əmisi və bir
çox vəfalı dostları şəhid oldu. Onlar şəhid olduqdan sonra nə Peyqəmbər, nə də
səhabilər zəncir vurub qəmə ilə başlarını yardılar.
Farsların Öməri nədən
sevmədiklərinin səbəbini söylədik. Ömər onların yüzillər sürən
imperatorluqlarını devirdi. Ömərin yerinə, bu imperatorluğu devirən Əli
olsaydı, bu dəfə “Ömərə lənət yerinə, Əliyə lənət” deyəcəkdilər. Bu üzdən də
fars milli İslam anlayışı Əlini Ömərin düşməni olaraq göstərməyə başladı. Öməri
pisləyib lənətləmək daha çox fars şiəliyində yayqındır. Bə´zi zeydi, bəktaşi
şiə qruplar Öməri sayqı ilə anımsarlar. “Öməri öldürmə” mərasimi də fars,
hindli, bə´zi yəmənli zeydi şiələr və ismaililər arasında yayqındır. Digər
ölkələrin şiələri bu ölçüdə şiddət və öfkə ilə Ömərə qarşı çıxmazlar. İlginc
olan budur ki, Əli 228-ci xutbəsində Öməri sayqı ilə xatırlayır. Ancaq şiələr
bu xutbəyə bəraət qazandıraraq Əlinin bu xoş sözləri Ömərə deyil, Səlmana görə
dediyini savunarlar. Səhabilərin fərqli düşündükləri olmuşdur və bundan daha
doğal bir şey ola da bilməz. Lakin onlar bu fərqli görüşlərinə görə bir-birinə
düşmən olmur və ya Aişəni zina etməkdə suçlamırdılar. “Aişəni zina yapmaqda
suçlayan aşırı şiə qanadları”[7]
Muhəmmədi də bu suçun ortağı görərək açıqca dilə gətirməsələr də dolayısıyla
Peyqəmbərə “dəyyus” ləqəbi taxmaqdadırlar. Dəyyus kimdir? Dəyyus qadınının zina
etdiyini bilərək ona göz yuman və zinakar qadınını tərk etməyən kişidir. Şiənin
hesabı ilə Muhəmməd qadınının zina etdiyini bilərək ondan vaz keçməmişdir.
Lakin Quranda Aişənin təmiz olduğunu Allah açıqca bildirsə də, şiə kütləsi öz
öfkəsindən vaz keçməmişdir.
Bu üzdən aşırı şiə qruplar Əlini
Muhəmmədən üstün bilərlər. Bir yandan Muhəmmədi əyyaş və qadın düşkünü göstərirkən,
digər yandan da Cəbrailin xətası üzündən Muhəmmədin peyqəmbər olduğunu
savunarlar. Bu bağlamda “təthir” (əhli-beytin təmizliyi) ayətini də aşırı
görüşlərinə dayanaraq yorumlarlar. Lakin ərəb dilini bir azcıq bilən hər kəs
“təthir” ayətinin imamlarla ilgili olmadığını, Peyqəmbərin xanımlarına xitab
etdiyini anlar. “Təthir” ayəti şərti bir ayətdir. Bu doğrultuda şiələr hədis
bulamadıqları üçün əziyyət çəkirlər. Çünkü şiə, kafir olaraq qəbul etdiyi
səhabilərin nəql etdikləri hədisləri də yaxın buraxmaq istəməz. Bu üzdən şiə
alimlərinin fətvaları çox halda bir-birinə qarşıdır. Ancaq zeydilər, bə´zi ismaililər,
sünnət əhlinin əksəriyyəti və xəvaric bu kimi çəlişkilərlə (ziddiyyətlərlə) qarşılaşmazlar.
Tanrı kitabına ən yaxın fiqh əsərləri xəvaricə aiddir. Hətta zeydilər bu
baxımdan isna-əşərilərdən daha irəlidədirlər. Zeydilərdə Cəfər Sadiqdən nəql
edilən hədislərin çox da önəmi yoxdur, onlar daha çox Əlioğlu Zeyddən nəql
edilən hədislərə önəm vermişlər. İsmaililərin də hədisləri az deyil, lakin
bütün ismaili hədisləri yalan və xurafələrlə iç-içədir.
Cəfəri şiəsinin problemlərindən biri
əzan məsələsidir. Məsələn şiə əzanında keçən “Əşhədü ənna Əliyyən vəliullah”
cümləsini ünlü şiə alimi Şeyx Səduq bilə qəbul etməz. “Şeyx Səduq bu cümləni
əzanda qullananları lənətlər.”[8]
Cəfəri şiəsi daha çox təzad və anlaşılmazlıqla iç-içədir. İslama qarşı ən çox
hədis cəfəri şiəsi tərəfindən uydurulmuşdur. Çünkü cəfəri şiəsi yəhudiliyin və
zərdüştiliyin uzantısıdır. Cəfəri şiəsi daha çox ağıl düşməni olan firqələr
içində yer almaqdadır. Sırf bu üzdən olsa gərək fəlsəfi düşüncələr cəfəri şiəsi
tərəfindən öfkə ilə qarşılaşmışdır. Səfəvilərlə eyni zamanda şiə İranda
iqtidarı ələ keçirdi. O gündən bu günə bir tək düşüncə adamı, bir tək alim
meydana çıxmamışdır. İran coğrafiyasında, Biruni, İbni-Sina, Bəhmənyar,
Mövlana, Nizami, Xaqani, Əttar, Hafiz kimi alim, bilgə və arif meydana
çıxmışsa, hamısı Səfəvi öncəsinə aiddir. Çünkü Səfəvi sonrası siyasi, iqtisadi
və hərbi gücü ələ keçirən şiənin molla-feodal sinfi hər tür düşüncə
qıpırdanışını yerindəcə boğmuşdur. Zatən onların bu başarılı boğmaları
olmasaydı ölkə də bu qədər cəhalətin qaranlıq bataqlığına gömülməzdi. Ölkə
əhalisi sırf bu uyqulamalar üzündən Allaha tapınmağı buraxıb peyqəmbərə, imama,
imamzadaya, seyyidə və mollaya tapınaraq daha qapsamlı bütpərəstliyə və şirkə
yuvarlanmışdır. Səfəvilərdən bəri qorxu qılıcı insan ağlı üzərində dolaşmışdır.
Çağımız düşüncə adamları bilə bu qorxu üzündən görüşlərini ifadə edə bilməz
olmuş, ancaq yurd dışına fərar etdikdən sonra bu qaranlıq bataqlıq haqqında
fikirlərini bəyan edirlər.
Yalnız cəfəri şiəsi daha da irəli
gedərək bu firqədən ayrılanları mürtəd olaraq duyurmuş və haqlarında ölüm hökmü
çıxarmışlar. Çünkü şiə firqəsinin alimləri nəql etdiklərini ağıl yoluyla isbatlaya
bilmədilər. Bu üzdən cəfərilik ağla qarşı bir firqə olaraq şəkilləndi. Ağıl
yerinə, düşüncəyə qarşı təkfir hədisindən yararlandılar. Yalnız öldürmə, qorxu
və təhdid yoluyla öz sünnətlərini qorumağa çalışdılar. Mərhum ayətullah Bürqəi
bu haqda “bir tək doğru sünnəti şiə rəvayətlərində bulmamız mümkün deyil”[9]
deyir. Səfəvi sonrası İran şiəliyi “aşura kimi davranış” adı altında islam
mədəniyətini yox etməklə uğraşmış, İslam uyqarlığına qarşı xristianlarla iş
birliyi etmişdir. Özəlliklə Səfəvi sonrası şiilik İslam düşmənlərinə yardım və
yataqlıq etməklə yanaşı İslam dəyərlərini məhv etməkdə sürəkli katalizor rolunu oynamışdır. Yalnız qısa
sürəliyinə ayətullah Xumeyni iqtidara gəldikdən sonra birlik şüarı verdi. Ancaq
Xumeynini də tam bir şii olaraq qəbul etmək mümkün deyildir, çünkü onun kafir
və mürtəd olmasıyla ilgili bir çox şii alim və mərcə fətva vermişdilər. Çünkü
Xumeyni də bəlli ölçülərdə ayətullah Bürqəi və ayətullah Xərqani kimi
düşünürdü. Sünni olmasında heç bir şübhə olmayan İbni-Ərəbini ayətullah Xumeyni
14 məsumdan sonra ən seçkin kişi olaraq görürdü. Xumeyni Qorbaçevə yazdığı
məktubunda “Sizi çox yormaq istəmirəm. Ariflər kitabından, özəlliklə
İbni-Ərəbidən ad aparmaq istəyirəm. Bu böyük arif haqqında bilgi sahibi olmaq
istərsəniz, bu qonu ilə ilgilənmə yetənəyi olan şəxslərinizi Quma göndərə
bilərsiniz. Uzun illər araşdırma apararaq bu böyük arifin dünyagörüşünün
incəliklərini öyrənsinlər. Bu araşdırma edilmədən İbni-Ərəbinin dərin elmindən xəbərdar
olmaq mümkün deyildir”[10]
deyə yazırdı. Xumeyninin əsərləri incələndiyində onun şiidən daha çox bir sünni
olduğu seziləcəkdir. Ayətullah Qazi, Əllamə Təbatəbai və ayətullah Cavadi Amuli
kimi şiə alimləri əsassız ölçüləri və bəlgəsiz bilgiləri ilə İbni-Ərəbini şii
olaraq göstərməyə çalışmışlar. Lakin İbni-Ərəbinin əsərlərini oxuyan sadə bir
oxucu onun yalnızca sünni olduğunu deyil, həm də aşırı şiə qarşıtı olduğunu
açıqca sezər. İbni-Ərəbi “Fütuhati-Məkiyyə” adlı əsərində yazır: “Şiələri donuz
şəklində görən müsəlman irfanın zirvəsinə ərmiş deməkdir.”[11]
Ayrıca, İbni-Ərəbi bütün kitablarında şiənin lənətləmələrinə qarşın, Əbubəkiri,
Öməri və Aişəni İslamın və irfanın uluları olaraq nitələmişdir.
Şiə imamları, özəlliklə Hüseyn,
Cəfər Sadiq və Rza çağımız şiələrinin etdiklərinin tərsinə olaraq düşmənlərinə
lənət göndərməmiş, onlara dua edərək hidayət olmalarını Tanrıdan istəmişlər. Onlar
düşmənlərinə qarşı da mərhəmətlə davranmağı yeyləmişlər. Yalnız onlara qarşı
silah çəkildiyində kəndilərini savunmaq məcburiyətində qalmışlar. Necəki Hüseyn
ona qarşı silah çəkən Hürr´ü də bağışlayaraq öz yanına almışdı. Ya da Cəfər
Sadiq və Rza düşmən olaraq nitələnən alimlərlə də elmi müzakirədən yana olmuşlar.
Buradan necə bir nəticə çıxarmaq olar? Şiə imamlarının da davranışlarından
bəlli olduğu üzrə kimsə fərqli düşünənlə ilgili mürtədlik hökmü çıxararaq onu
öldürmə haqqına sahib deyildir. Lakin şiələr bu şəkildə, yəni kəndi imamları
kimi davranırlarmı? Allah rəsulu vəfat etmiş və Onun sonrasında kiməsə vəhy
gəlməməkdədir. Hər zaman kafir olanın bilə imana dönmə şansı vardır. Lakin bu
şans onlara tanınmaqdadırmı?* Qeybi,
keçmişi və gələcəyi bilən Allahdır və peyqəmbərlərdən tutmuş imamlara qədər
bütün bəşər xəta etmə yetkisi və yetənəyi ilə donatılmışdır.
Şiə imamlarının həyatı
incələndiyində mürtədin öldürülməsi deyil, hidayətə ərməsi üçün ona yardım
edilməsi gərəkdiyi düşüncəsi ortaya çıxır. Lakin kəndi imamlarının çizgisində
yürüdüklərini iddia edən, özəlliklə Səfəvi sonrası şiəlik tam tərsinə davranmaqdadır.
Əlinə fürsət düşər-düşməz müxalif düşüncəni mürtədlik adlandıraraq
öldürülməsinə hökm verirlər. Çağımızda sadəcə fərqli dini düşünənlər deyil,
hətta təcrübi elmlərdə alim olanlar da şiənin mürtədlik damqasından bərkənar
qalmırlar. İstər qadın, ya da kişi olsun fərqli düşünən insanlar şiənin
mürtədlik damqası təhlükəsi ilə qarşı-qarşıyadırlar. Hətta şiə toplumu içində
yaşamayan fərqli düşünənləri də varıb başqa ölkələrdə teror edirlər.
İslam düşüncəsi bunun tam tərsini
savunmaqdadır. Həyatından bir tək gün qalmış bir insan da islama görə hidayətə
ərə bilər, çünkü Allahın tövbə qapısı hər zaman açıqdır. Necə ki, Peyqəmbərin
zamanında ona qarşı savaşmış, hətta əmisi Həmzəni öldürtmüş Hind kimi qadınlar
müsəlman olduqlarında Peyqəmbər intiqam fikrinə girmədən, onun müsəlman
olmasını qəbul etdi. Bu kimi bir çox örnək söyləmək mümkündür. İslam fatehi
olaraq tarixdə tanınan Ömər kəndisi də Peyqəmbər düşməni idi və Muhəmmədi
öldürmək istəyirdi.
Daha öncə söylədiyimiz kimi, Səfəvi
öncəsi islam ölkələrində Zəkəriyya Razi və Ömər xəyyam kimi mülhid olaraq
tanınan alimlər də öldürülmədən yaşayır və elmi işləri ilə məşğul olurdular. Hüseyn
də Kərbəlada tam olaraq azadlıq düşüncəsini bəyan edərək “dininiz yoxdursa, heç
olmasa azad insanlar olunuz!” demişdi. Lakin daha sonra şiə Hüseyn çizgisindən
çıxaraq şiddət, öfkə və öldürmə yolunu seçmişdir. Örnəyin şiə bilgəsi olaraq
bilinən Şeyx Bəhai “Kəşkül” adlı kitabında imamların elminə güvənmədiyi üçün
İbni-Sinanı cəhənnəmlik adlandırmışdır. Oysa cənnət və cəhənnmə kimin
gedəcəyinə qərar verən bir tək Allahdır. İbni-Sina isə “Şifa” adlı kitabında
“Əli Ömərdən daha cəsur və bilgə olsa da, lakin dövlət işlərində Ömər Əlidən
daha ağıllı idi”[12] yazmaqdadır. Şiələrin
onlar kimi düşünməyənlərin yerini cəhənnəm olaraq görmələri İslamla bağlantılı
bir görüş deyildir. Bu, İslam öncəsi əcəm-fars kültüründən qaynaqlanan islam
qarşıtı bir tutumdur. Sasanilər zamanında zərdüştilər başqa inanca mənsub
olanları axmaq və kafir hesab edirdilər. Sırf bu üzdən bütün məzdəkiləri kafir
adlandırıb qətl etdilər. Mani və budistlərlə də buna bənzər davranışda
bulundular. Sasani perslər öz aristokratlarını və şahlarını mütləq haqlı olaraq
görür, onların ləduni* elmə
sahib olduqlarına inanırdılar. Günümüz şiəliyində olduğu kimi Sasani aristokrat
və şahlarına qarşı fərqli düşüncə sərgiləmək mürtədlik damqası ilə damqalanaraq
həyatlarına son verilirdi.
Şiənin inancına görə imamlar ləduni
elmə sahib olmuşlarsa, o zaman nədən elm öyrənmək üçün mədərəsələrə gedir,
yazıb-oxumaq və digər bu kimi elmləri öyrənirdilər? İmamların ləduni elmə sahib
olmadıqlarını anlaya bilmək üçün “Nəhc-ül bəlağə”yə müraciət etmək gərəkir.
Burada Əlinin xəta etdiyi anlatılır. Lədun elmi varmışsa nədən xəta etmiş? Əli
71-ci məktubunda birinə atasının təqvası dolayısıyla güvənir və bu güvən kəndisini
doğrultmur. Bunun üzərinə Əli peşmanlığını dilə gətirir.[13]
Lakin Əlini xətasız və məsum olaraq görən şiə əhli bu kimi tarixi gerçəklərə
aldırış etmədən kökü imamlara dayanmayan hər tür bilgini məhkum edərək boğub
yox edirlər. Xəvaric də Əliyə qarşı olduğunundan şiə tərəfindən kafir olaraq
görülür. Oysa həm Əlinin, həm də xəvaricin haqlı olma imkanı vardır. Quranda
isə Allah rəsulu açıqca “mən də sizin kimi bəşərəm, Allahın yardımı olmasaydı
mən də yanlış yola girərdim”[14]
deməkdədir. Bu ayət Peyqəmbərin kəndisini başqalarından üstün görmədiyini
göstərməkdədir.
Şiələrin “Səhifəyi-səccadiyə” və
“Kumeyl duası” kimi qaynaqlarına baxıldığında heç bir imamın kəndisini məsum və
xətasız görmədiyi anlaşılmaqdadır. Lakin daha sonra uydurulan hədislərdə
imamları “ə´rəf-ul ürəfa” (ariflər arifi), “əkməl-ül kəməla” (kamillər kamili),
“ə´ləm-ül üləma” (alimlər alimi) və hər xəta və yanlışlıqdan uzaq görmüşlər! İmamları
bu özəlliklərdə gördüklərindən dolayı, onlara qarşı çıxan hər görüşün kafirlik
olması gərəkdiyinə inandılar. Əlinin alim olması bir çox qaynaqlarda
sapdanmışdır, lakin onun xətasız, məsum və bənzərsiz olması İslam ilkələrinə
uymamaqdadır. Əlini bu şəkildə görmək üçün müsəlman olmamaq gərəkir. Tarixi
qaynaqlarda Əmruasın Əlini aldada bildiyi yazılmaqdadır. Ləduni elmi olsaydı,
Əlinin aldanmaması gərəkirdi. Səfəvi öncəsi şiə və sünni tarixlərində Əli və
evladlarının ləduni elmlərinin olduğu heç bir qaynaqda yoxdur. Səfəvilərdən az
öncə Əliullahlılar bu şəkildə inanırdılar, lakin Səfəvi sonrası isna-əşəri şiəsi
də bu şəkildə inanmağa başladı. Əlinin Ömərlə sorunu olsaydı, Öməri rədd etmiş
olsaydı, Ömər ondan sürəkli bir çox qonularda görüşlərini bildirməsini istərmi
idi? “Əli Ömərin katibi idi.”[15]
Tarixdən bəlli olduğu üzrə Peyqəmbər
olmadan öncə Muhəmməd ərəblərin diqqətini çəkib şaşırdacaq heç bir fərqli
davranışlarda bulunmamışdı. Bu üzdən Quranda o, insan olaraq nitələnir. Bunun
ötəsində Muhəmmədin həyatında olağanüstü nə rəvayət edilirsə, heç birinin
tarixi dayanağı yoxdur. “Mələklər Muhəmmədin ürəyini qarla yuyub, Onun
qəlbindən bir qara ət parçası çıxarıb təkrar qarla yuduqları”[16]
daha sonra tarixə girdirilmişdir.* İbni-Əsir
bu rəvayətin qaynağını Şəddad ibni Evs olaraq göstərir. Guya Muhəmməd bu
sözləri Bəniamir qəbiləsinin sorusuna cavab olaraq söyləmiş! Ancaq digərləri bu
rəvayətin qaynağını Abdulvəhab ibni Əta olaraq göstərmişlər. O da Səvr ibni
Yəziddən və o da Xalid ibni Mə´dandan eşitmişdir! Qısa bir incələmə ilə bütün
bu anlatıların yalan və iftira olduğu ortaya çıxır, ya da gerçəkdən Muhəmmədin
xəstə olduğuna inanmalıyıq. Çağımızda bu xülyalarla danışan birini doktora
aparsalar, doktor onun kəsinliklə şizofren xəstəliyinə yaxalandığı təsbitində
bulunar. Bu rəvayətlər müsəlmanların xristianlarla ilişkiləri zamanı oradan
İslama keçmişdir. Daha öncə zərdüşti, xristian, yəhudi və başqa dində olanlar
bu əfsanəni İslam tarixinə soxa bilmişlər. Oysa bu, onların islam öncəsi
təxəyyüllərinin ürünüdür, islamda böylə bir şey yoxdur. İsa peyqəmbər haqqında
möcüzələrdən danışan xristianlara qarşı müsəlmanlar da kəndi peyqəmbərlərinə
fantastik diləklərini yükləmişlər. Sadəcə bu qonularda deyil, namaz, xums, əzan
və zəkat kimi bir çox məsələlərdə şiələr Peyqəmbər sünnətinə qarşı
davranmaqdadırlar.
Batinilər və saxtakarlar dışında
tarixçilərin çoxu Rəsulullahın son həcc ziyarətində “görəvimi bitirdim.
Aranızda onlara sarılacağınız təqdirdə yoldan azmayacağınız iki miras
buraxıram: Tanrı kitabı və sünnətim”[17]
söylədiyini iqrar edərlər. Tarixçilərin çoxunun təsbitinə görə Muhəmməd
xəstələndikdən sonra bütün qadınlarından izn alaraq Aişənin evində qalmasını
istədi. Nə qızı Fatimənin, nə də başqasının ona baxmasına razı oldu, xəstəlik
sürəsincə ancaq Aişənin ona baxmasını istədi. Peyqəmbərin xəstəlik durumu
ağırlaşdıqca əhli-beyt anlayışı da böyləcə açıqlığa qovuşurdu. Əhli-beyt
ifadəsi Peyqəmbərin qadınlarını, qaynatalarını, kürəkənini, qızı və nəvələrini
içərmişdir. Peyqəmbərin “məni yaxınlarım dəfn etsinlər” diləyi də gerçəkləşmiş
və O´nu Əli, Abbas və iki oğlu, Üsamə ibni Zeyd və Əbubəkir dəfn etmişlər. Lakin
İbni-Xəldun Əbubəkiri dəfn heyyəti içində yazmasa da, Təbəri Əbubəkiri də dəfn
heyyəti içində yazmışdır.
Bəzi tarixi rəvayətlərə görə
Muhəmməd son anlarında “mənə kağız-qələm gətirin, yoldan azmamanız üçün sizə
bir şeylər yazacağam” demiş. Bə´zi səhabilər Peyqəmbərin xəstəliyinin
ağırlığını nəzərə alaraq O`nun bu zəhmətə qatlaşmasını istəməmişlər. “Danışmaqda
zorluq çəkərkən necə yazıb-yazdıra bilər” deyə düşünmüşlər. Bə´zi rəvayətlərdə
də yazmışlar ki, kağız-qələm gətirilmiş, ancaq Peyqəmbər “məni rahat buraxın,
bu halımla rahatam” söyləmiş.* Həm
xəstəlik anlarında Peyqəmbər “Əbubəkirin qapısı dışında məscidə gedən bütün
qapıları qapadın” demiş. Bütün tarixçilərin iqrarına görə Peyqəmbər “Allahdan
başqa bir dost edinəcək olsaydım, o da Əbubəkir olardı. Əbubəkirlə aramda ortaq
iman içində dostluq və qardaşlıq bağları var. Umarım, Allah onunla bir yerdə
məni kəndi yanına alar” demiş. Yenə də tarixçilərin ortaq verilərinə görə
Muhəmməd Aişənin qucağında vəfat etmişdir. Lakin bunu qəbullənməkdə zorlanan
şiələr yüzillər sonra “Muhəmməd Əlinin dizləri üstündə can verdi” deyə uyuduruq
bilgi oluşdurdular. Bir halda ki, bütün tarix kitablarında Muhəmmədin Aişənin
qucağında ölməsiylə ilgili o qədər ayrıntılı bilgi var ki, bunu inkar etmək və
sapdırmaq imkansızdır.
Peyqəmbərin vəfatından sonra Səqifə
olayını bir çox tarixçi qələmə almışdır. Ənsar Səqifə´də toplaşaraq Sə´d ibni
İbadə ilə beyət etmək istər. Bu sırada Mühacir Peyqəmbərin dəfn mərasimi ilə
məşğul idi. Mühacirdən bir neçə kişi Səqifəyə getdi. Hətta Əbubəkirin, Ömərin və
Əbu Ubeydə´nin Səqifəyə getdiklərini
görən Asim ibni Ədi və Əvim ibni Saidə onlara geri dönmələrini və Səqifədə
önəmli bir şey olmadığını söylərlər. Lakin bu üç kişi geri dönməyərək Səqifəyə
getdilər. Səqifədə Peyqəmbərə xələf seçimi söz qonusu idi. Orada toplaşanların
hamısı Peyqəmbərin Qədiri-xum söhbətində iştirak etmişdi. Hətta bir kişi bilə
Qədiri-xumda Peyqəmbər Əliyə işarə etmişdir deyə bir söyləmdə bulunmadı. Peyqəmbərin
Əli ilə ilgili böylə bir israrı və istəyi olsaydı, zatən Səqifə toplantısına
heç gərək də qalmazdı. Peyqəmbərin sözünə hansı müsəlman qarşı çıxa bilərdi?
Ancaq o toplantıda kimsə Peyqəmbər qədiri-xumda bu işi Əliyə buraxmışdır deyə
bir söz ağzına almadı. Əcəba, bütün səhabilər bir anda Peyqəmbərə qarşı çıxıb
və ya üç ay aradan sonra bütün mömin müsəlmanlar yalancı və unutqanmı oldular? Böylə
bir durum olsaydı, hər kəs Əli ilə beyət etməzmi idi? Ya da heç olmazsa bir
vicdanlı müsəlman buna işarə edərdi. Lakin Səqifədə adı keçməyən tək kişi Əli
olmuşdur.
Bir çox tarixçi şiə Səqifə məsələsini
də yanlış və gerçəyə uyqun olmayan yöntəmlə təhlil etmişlər. Kəndisi də şii
olan Yaqubi yazır ki, Əbutalibin qızı Ümmi-Hani ərinin iki əqrəbasına sığınaq
verdi. Əli bu iki kişini öldürmək istərkən Peyqəmbər ona böylə dedi: ya Əli,
Ümmi-Haniyə sığınan bizə də sığınmışdır.[18]
Buradan da imamların ləduni elmə sahib olmalarının əfsanədən başqa bir şey
olmadığı ortaya çıxmaqdadır. Sadəcə imamların deyil, Rəsulallahın da ləduni
elmə sahib olmadığı bəllidir. Çünkü Quranın açıq bilgisinə və bəyanına görə qeybi
bilən ancaq və ancaq Allahdır. Allahdan başqa kimsə qeybi biləməz. Şiənin 14
məsum anlayışı sadəcə islama qarşı deyil, ağla da qarşıdır. Çünkü şiənin dediyi
kimi onları məsum olaraq görərsək, o zaman məxluq deyil, həm də qədim olaraq
görməliyik. Çünkü hər bir məxluq insan xəta etməklə yükümlüdür. Yalnız qədim
olan Allah xəta etməz. Yəni 14 məsum anlayışı İslamın tövhid görüşünə qarşıdır.
Bunları ayrıntıları ilə açqılayacaq olursaq, yüzlərcə kitab yazmam gərəkəcək. Ancaq
məntiqən də ismət Allahın ədalətinə qarşı bir durumdur. Nədən bəşər tarixində
bu qədər acı çəkib öldürülən Peyqəmbər varkən, sadəcə 14 kişi məsum olmalıdır?
Peyqəmbər və imamlar haqqında həm
sünni, həm də şiənin qəbul etdikləri ortaq bilgilər vardır. Yaqubi kimi
şiələrin və sünnilərin də nəql etdiyi rəvayətlər vardır. Muhəmməd Aişə, Həfəsə,
Zeynəb və Ümmüsəlmə ilə evlənir. Zəbağənin qızı Səlmə ilə də evlənmək üçün ona
elçi göndərir. Lakin onun yaşlı olduğunu gördükdən sonra evlənmək niyyətindən
vaz keçir.[19] Bu nə deməkdir? Bu, Peyqəmbərin
qonuyla ilgili daha öncədən bir şeyi bilmədiyini göstərməzmi? Bu, açıqca
Muhəmmədin ləduni elmi olmadığını göstərməkdədir. Şiə kitbalarındakı hədislərin demək olar hamısı
və sünni kitablarında da bir qisim hədislər açıqca Qurana qarşıdır. Örnəyin
Fatimənin bütün dünya qadınlarından üstün olması və bütün dünya qadınlarının
sərvəri olması Quran mətni ilə açıqca çəlişməkdədir. Çünkü Quranın “Ali-imran”
surəsində övülən üstün qadın Fatimə deyil, Məryəmdir. Azacıq ərəbcəsi olan hər
kəs bunu qolayca anlar. Əlbəttə Fatiməni dünya qadınlarının sərvəri olaraq
görən saxta hədis sadəcə şiələrdə deyil, sünnilərdə və xəvaricdə də vardır. Bu
hədisi uydurmanın əsas səbəbi müsəlmanların kəndilərini xristianlardan üstün
görmə niyyətləri olmuşdur. Fatimənin Ömər tərəfindən saldırıya uğrayıb
qarnındakı “Möhsün!” adlı çocuğunu düşürüb sonra ölməsi də şiənin
uydurmalarından başqa bir şey deyildir.
Çağımız şiələrinin inancı
Səfəvilərdən sonra şəkillənmişdir. Səfəvi sonrası oluşdurulan şiəlik
ədəbiyatının əhli-beyt həyatı ilə heç bir ilişkisi olmamışdır. “Zilqurba”
qavramı Səfəvi sonrası fərqli açıqlamalara tabe tutuldu. Quranda keçən
“zilqurba” (Peyqəmbərə yaxın kimsələr) qavramının Bənihaşim və ya Əli soyu ilə
heç bir əlaqəsi yoxdur. Çünkü böylə olsaydı, Peyqəmbərin Qacar şah, Rza şah və
özəlliklə Şah İsmayıl kimi lənətə gəlmiş zalim şahlarla heç bir fərqi olmazdı. Çünkü
onlar öz döllərini qutsal sayaraq evladlarını üstün yaradılmışlar kimi görürdülər!
Şiələrin Əli soyunu hər şeyə layiq və caiz bilmələri islam görüşündən deyil,
soy kimliyinə dayanan sultanlıq və şahlıq zehniyətindən qaynaqlanmaqdadır. Ayrıca,
şiənin Peyqəmbər soyunu qutsaması həm də bir yəhudi gələnəyidir. Təlmud
mətnləri yəhudiləri ilahi sülalə olaraq bilər və digər xalqların onlara xidmət
etməsi gərəkdiyini savunar. Bu üzdən şiələr Peyqəmbərə səyərəsinə və Qurana
qarşı davranarlar. Örnəyin şiələrin nəql etdiyi bə´zi hədislər Peyqəmbərin
məqamını Rza şahdan və Fətəli şahdan da aşağı görər. Şah evladlarının fərqli
müamilə gördüyü və çalışmadan xalqın əməyi üzərindən, xalqı sömürərək
yaşamlarını sürdürdükləri kimi, şiənin xums (mal varlığının beşdə birinin Peyqəmbər
soyuna verilməsi) üzərinə yorumu da Peyqəmbəri sultanlardan birinə və soyunu da
sömürgəçi şah soyuna bənzətməkdədir. Şiənin açıqlamasına görə, seyyidlər
(peyqəmbər soyundan olanlar!) başqalarından fərqlənmək üçün başlarına qara
sarıq sarımalıdırlar! Bu qara sarıq hədisini də Əbucəfərdən nəql etmişlər. Şiənin
İranda yayqın olub iqtidarı ələ aldığı gündən bəri bu hədis və şiənin xums
yorumu hər tür əxlaqsızlığa meydan açmışdır. Xums açıqca xalqı sömürmə
ideolojisinə və uyqulama yöntəminə dönüşmüşdür. Fətəli şahın oğlu Abbas Mirzə
də yazdığı vəsiyyətnaməsində bu hədisə görə Peyqəmbəri atası şaha bənzətdiyi
üçün oğluna da bənzər haqlar tələb edir.
Şiənin hədisləri və fiqh qaynaqları
əhli-beytdən deyil, ərəblərdən nifrət edən və İslamın böyük fatehi Hz. Öməri
sevməyən fars-Sasani kültüründən alınmışdır. İslamdan nifrət edən yəhudilər də
şiə görüşlərinin biçimlənməsində etkili olmuşlar. Xalqı sömürmə ideolojisini
gəlişdirərk, heç bir əməyə qatlaşmadan oturduqlar yerdəcə gəlir qaynağı
arxasınca olan Bənihaşim soyunun maddi ülkülərinə fars-Sasani və yəhudi
planları yaramışdır. Lakin bu sürəcdə İslam da çox zərər görmüş. Quranın ədalət
söyləmi unutdurularaq bir sömürü dini halına gətirilmişdir. Şiənin
açıqlamalarına görə Quran seyyidlər soyunun nəfsi və maddi zövqünü hər yönlü
gedərmək üçün endirilmişdir!
Müsəlmanların saldırısıyla sadəcə
Sasanilər devrilmədi. Farsların qövmi qüruru da böyük yara aldı. Bu üzdən farslar
Ömərin Sasanilərə saldırısını Çingiz Xanın saldırısıyla da müqayisə etməzlər. Çünkü
Çingiz Xan təslim olan şəhərlərlə işi olmaz, dinindən dolayı bir millətə
saldırmazdı. Çingiz Xan bütün dinlərə və inanclara sayqı ilə yanaşırdı. Lakin
müsəlmanlar İslamı qəbul etməyən zərdüşti və məcusiləri qətl etdirdilər, cizyə
uyquladılar. Müsəlmanların dörd yüz Sasani qadınını cariyə olaraq apardıqları
rəvayət edilməkdədir. Burada oxucu Ömərin bu qonuda haqsız və ədalətsiz
davrandığını düşünə bilər. Lakin bütün bu saldırılar Əlinin planlaması ilə
gerçəkləşirdi. Hətta Sasanilərin fil ordusu saldırıya keçdiyində Ömər geri
çəkilmək istər, lakin Əli savaşın davam etməsini tövsiyə edər. Ayrıca, saldırı
zamanı tarixi rəvayətlərə görə Əlinin oğulları Həsən və Hüseyn də Ömərin
ordusunda Sasanilərə qarşı savaşırdılar. Ən önəmlisi Əlinin xilafəti zamanı
Sistan və Əhvazda ərəblərə qarşı böyük baş qaldırılar və qiyamlar oldu. Bütün
bu üsyanları Əli qanla boğaraq yox etdi. Əli və Səlmanın yardımları və planları
olmasaydı, Ömər hətta bir Sasani kəndini də işğal edə bilməzdi. Bu savaş
sırasında Ömərin komutanlarından biri Əlioğlu Həsən idi. Kölə qadınların
Mədinəyə daşınmasından Həsən sorumlu idi.
Bir çox şiə hədislərində seyyidlərin
cəhənnəmlik olmayacaqları vurqulanmaqdadır. Yəhudilər də tam bu şəkildə
inanmaqdadırlar. Yəhudi inancına görə heç bir yəhudi cəhənnəm atəşində
yanmayacaqdır! Çünkü hamısı Yaqub soyundanmışlar ona görə! Bə´zi şii
hədislərində şiə firqəsi dışında bütün firqələr cəhənnəmlik olacaqmış! Əlinin
vilayətini qəbul etməyənlər doğruca cəhənnəmə gedəcəkmişlər! Bu da şiiliyin bir
yəhudi planı olduğunu göstərməkdədir. Yəhudilər Yaqub soyundan və seyyidlər də
Əli soyundan olduqları üçün nə qədər ədalətsiz davranıb zülm etsələr də
cəhənnəmə deyil, cənnətə gedəcəkmişlər! Hətta Hüseyn üçün bir damla göz yaşı
axıdaraq ona salavat yollayan da cənnətlik olacaqmış! Bu üzdən şii qruplar ən
əxlaqsız topluluqlardan oluşmaqdalar. Toplumun seçkin qatmanı olan doktorlardan
tutmuş bəzirganlarına qədər bütün şiələr əxlaqsızdırlar. Çünkü şiə bir doktor
Allah yerinə, imamlara tapınaraq elmini yaxşı bilməz və şiə bir bəzirgan da
imamlar adına hər tür yalan və fitnə ilə xalqı aldadar. Qazancının beşdə
birinin seyidlərə gedəcəyi şiə bəzirganda saxta məsumiyyət haləsi oluşdurar. Bütün
peşə sahibi şiələr toplumu əxlaqsızlığa sürüklərlər. Çünkü çocuqluqlarından
yalan şiə kültürü içində böyümüşlər. Seyyidlər adına və Abbas ələminə nəzr bağlayıb
Peyqəmbər soyuna salavat gətirməklə cənnətlik olacaqlarına inanmışlar.
Həqiqət budur ki, şiələr əhli-beyt
aşiqləri deyil, tam da əhli-beytin düşmənləridirlər. Tarix bunu təkrarən isbat
etmişdir. Kərbəlada da Əməvilər şiələrin yardımı ilə Hüseyni qətl etdilər.
Hüseynlə savaşan Ömər Sə´din ordusunun çoxu şiələrdən ibarət idi. Hüseyn onlara
“ey namərdlər, siz özünüz məni Kufəyə dəvət etdiniz” deyirdi. Hüseynin
öldürülməsində fədakarlıq edən şiələr daha sonra da göz yaşları axıtmağa
başladılar. Zaman axışı içində zəncir, sinə vurma və baş yarma kimi çirkin
yöntəmləri də İslam adına gəlişdirdilər. Hətta şərəfsiz bir şiə alimi Fatimənin
baş yaranların başlarının yarasına məlhəm qoyduğunu bilə iddia etməkdədir. Bu
“alim”in adını çəkmək istəmirəm, çünkü onun pis adı bilə bu mətni nəcisə
dönüşdürər. Peyqəmbərin qızı və İslamın böyüklərindən biri olan Fatimə kimi
təmiz bir xanımı böylə baş yaran, zəncir və sinə vurub bağıran yalançı fitnəçilərin
iftira və yalanlarından uzaq tutmaq üçün Allaha sığınmaq gərəkir. Bu üzdən
Cəfər Sadiq kimi şərəfli bir müsəlmandan “axır zamanda Mehdinin düşmənləri
şiələrdən və yəhudilərdən oluşacaqdır”[20]
deyə bir söz rəvayət edilməkdədir.
Şiənin bir başqa çəlişkisi də
Əbubəkir və Əli ilə bağlıdır. Əli-Müaviyə arasındakı həkəmiyət məsələsində
xalqın iradəsini qəbul edərək Əlinin xilafətdən uzaqlaşmasını şiə onun xalq
sevərliyi kimi qəbul edər. Lakin səhabilərin ortaq iradəsiylə seçilən Əbubəkiri
kafir olaraq görər! Əlinin mədhində şiə o qədər aşırı davranar ki, onların
mətnlərini oxuyan kimsə Əlinin Allah olduğunu sanar. Muhəmmədi də Əlidən daha
aşağı mərtəbədə görərlər. Bu üzdən xristianlar genəldə Muhəmmədə deyil, bu
qonuda Əliyə müraciət edərlər. Bir halda ki, Əlinin kəndisini Muhəmməddən üst
mərtəbədə görməsiylə ilgili heç bir tarixi bəlgə mövcud deyildir. Bə´zi xristianlar
bu üzdən Əlini övmüşlər. Çünkü Tanrının oğlu olan İsanı Əli timsalında
görürdülər. Xristianların İsanı insan ötəsi varlıq olaraq görmələri kimi şiələr
də Əlini o şəkildə görmüşlər və burada xristianlıqla şiəliyin görüşləri örtüşmüşdür.
Bu üzdən xristian şairlər Əli haqqında şeirlər yazmışlar. Bu arada əqli
yollarla elmi müzakirəyə qatılamayan şiələr genəldə aqressivliyə əl atar və
“Əli yuxumuzda böylə davranmamızı əmr etdi” deyə bəhanə uydurarlar. Ancaq
şiənin bu röya məsələsini başqa firqələr də uydurmuşlar. Kimsə Şeyx Abdulqadir
Geylanini Peyqəmbərlə bir yerdə röyada görür. Bir başqası Əbubəkiri, Öməri və
digərlərini...
Sonda mənim xürafələrdən arınmama
əsərləri ilə yardımçı olan ayətullah Bürqəi və ayətullah Xərqaniyə Allahdan
rəhmət diləyirəm. Bütün qaynaqları burada vermək mümkün olmadığından
oxuculardan mənim facebook səhifəmə uğramalarını rica edirəm. Çünkü bu yolla
burada istifadə etdiyim görüşlərin kəndimə aid olduğunu açqıca görə bilərsiniz.
İnşallah bu araşdırmam oxuculara yararlı olacaqdır.
Əssəlamu əleykum və rəhmətullahi və
bərəkatu
Xiyav şəhəri 18 məhərrəm 1436
hicri-qəməri, 21 aban 1393 hicri şəmsi, 12. 11. 2014
Hüsaməddin Fərzizadə
* Elmi ləduninin nə olduğunu öncə
oxuculara açıqlamaq gərəkir. Ləduni elmi oxumadan, eyitim görmədən, əmək sərf
edib zəhmət çəkmədən bir başa əldə edilən “gizli” elmdir! Öyrənilmədən əldə
edilən və ya hüzuri elm də deyirlər. Quranda “kəhf” surəsinin 65-ci ayətində
“biz ona lədun elmi verdik” deyər- tərcüməçi.
*
Şah İsmayıl zamanında yasaqlanan kitablar sırasında Mövlana Cəlaləddin Ruminin
də əsərləri yer almışdı. Çünkü Mövlana Məsnəvisində şiənin aşura törənini
tənqid, Əbubəkir və Öməri Peyqəmbərin ən yaxın vəfalı dostları olaraq təsvir
edər- tərcüməçi.
[7] Kleyni, Əbucəfər Muhəmməd ibni Yaqub ibni İshaq,
Əlüsul min əlkafi, II cild, s. 402, İslamiyyə nəşriyyatı, Tehran-1362 (h.ş).
[8] Şeyx Səduq, Mən la yəhzərul fəqih, I cild, s.
290-291.
[9] Ayətullah Bürqəi, Bütün əsərləri, II cild, s. 25,
Məkkə nəşri.
[10] Xumeyni “Qarbaçevə məktub”, 1989.
[11] İbni-Ərəbi, Fütuhati-Məkiyyə, 73-cü bab.
·
Mövlana
Cəlaləddin Rumi bu mövzunu
“Məsnəvi”sində bu cümlələrlə açıqlar: Heç bir kafiri bilə aşağılamayın ki,
müsəlman ölməsinə bir ümid qalsın:
Hiç kafər ra be xari məşmorid,
Ta mosəlman mordənəş başəd omid- Tərcüməçi.
[12] İbni-Sina, Şifa ilahiyatı I cild, , V fəsl, s.
451-452.
* Elmi ləduninin nə olduğunu öncə oxuculara açıqlamaq gərəkir.
Ləduni elmi oxunmadan, eyitim görmədən, əmək sərf edib zəhmət çəkmədən bir başa
əldə edilən “gizli” elmdir! Öyrənilmədən əldə edilən və ya hüzuri elm də
deyirlər. Quranda “kkəhf” surəsinin 65-ci ayətində “biz ona lədun elmi verdik”
deyər- tərcüməçi.
[13] Nəhc-ül bəlağə, 71-ci məktub.
[14] Quran, Kəhf, 110.
[15] Tarixi-güzidə, s. 186.
[16] İbni-Esir, Əlkamil, V cild və Vaqedi, Təbəqat,
farscaya çeverən : Mahmud Məhdəvi Damğani, Fərhəng və əndişə nəştiyatı , s.
138.
* Oxucuların bəlkə düşünmələrinə səbəb olar deyə bu
bilgini də paylaşmaqda yarar var: Ərəbistanda qar olmaz—tərcüməçi.
[17] İbni-Xəldun, Müqəddimə, I cild, Həccül vida babı, s.
471.
* Böyük olasılıqla və Peyqəmbərin həyat fəlsəfəsinin
məntiqindən yola çıxaraq bu kağız-qələm məsələsi uydurmadır. Çünkü Peyqəmbərin
xəstəliyi zamanı səhabilər yanından əksik olmazlardı, özəlliklə Aişə. Bu üzdən
kağız-qələmə ehtiyac olmadan da o an söyləyəcəyi bütün səhabilərə
ulaşdırılacaqdı. Yəni sanki kağız-qələmlə yazılmış kimi səhabilər duyub
bir-birlərinə çatdıracaq və tarix üçün də qalacaqdı. Çünkü tarix üçün
Peyqəmbərdən qalan sünnətin heç biri kağız-qələmlə yazılmamışdır. Peyqəmbər,
yanındakılardan kağız-qələm istəməsi yerinə, oradakılara öylə edin, böylə edin
deyə bilərdi. Ayrıca, Peyqəmbər vəhyin təhriki ilə söz söylərdi. Quranda əksik
olan bir durum söz qonusu olsaydı, burada Allahın iradəsi ortaya girərdi. Əksik
deyilsə, daha nə söyləyəcəkdi və bu kağız-qələm macərasında Peyqəmbərin yanında
bir neçə səhabi, o cümlədən Ömər də varmış və Ömərin “həsbuna kitabullah”, yəni
Allahın kitabı bizə yetər deməsi də bu durumda olmuşdur. Bu qədər səhabiyə
“kağız-qələm gətirin” demək yerinə, ağlından keçəni kağız-qələmsiz də söyləyə
bilərdi. Çünkü o an bütün söyləyəcəyi səhabilər tərəfindən tarixə mal
ediləcəkdi. Və də kağıza yazdırdığını da zatən səhabilərə miras
buraxmayacaqdımı? Ayrıca, o zaman heç kağız-qələm də yox idi. Bu hədisi kağız
kəşf edildikdən sonra uydurmuşlar. 751-ci ildə, yəni Peyqəmbərin vəfatından 127
il sonra müsəlmanlar Talas savaşı sırasında kağızı çinlilərdən aldılar. Bu
sənət çinlilərdən alınaraq müsəlman dünyasında yayqınlaşdı. Kağızın olmadığı
bir devirdə necə kağız istənilə bilərdi? Şiələrsə tutdurub durmuşlar ki,
kağız-qələm gətirlsəymişlər Əlini varis olaraq duyuracaqmış və Ömər bunu
bildiyindən önləmiş! O qədər adamın içində kağız-qələmsiz də Əlini varis olaraq
duyuramazmı idi?— Tərcüməçi.
[18]
Muhəmməd İbrahim Ayəti, “Məkkənin fəthi”, Elmi-fərhəngi yayınları , I cild, s.
419.
[19] Yaqubi,
I cild, farscaya çevirən: Muhəmməd İbrahim Ayəti, s. 456.
[20]
Üsuli-kafi.
Çok doğru tespitler ve harika bir makale. Allah Ferzaide kardeşimizin yardımcısı olsun. İnşaallah kurtulacak...
YanıtlaSil